Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


9 ayda büdcə xərclərinin icrasında 1,4 milyard manat kəsir yaranıb
Büdcə xərcləri 81,8% icra olunub

2009-cu ilin 9 ayında dövlət büdcəsindən 6456,9 milyon manat xərclənib ki, bu da proqnozlaşdırılan məbləğdən 1437,2 milyon manat azdır. Ümumilikdə xərc maddələrinin icrasında 18,2% kəsir olub. Bu barədə “İqtisadi forum” jurnalı Maliyyə Nazirliyinə istinadən məlumat verir.

İlin əvvəlində 2009-cu ilin yanvar-sentyabr ayları üçün büdcə xərcləri 7894,1 milyon manat proqnozlaşdırılmışdı.

9 ayda sosial müdafiə və sosial təminat istisna olmaqla, dövlət büdcəsindən maliyyələşdirilən bütün istiqamətlərin icrasında kəsir yaranıb. Ümumi dövlət xidmətləri 83%, müdafiə 80,3%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 80,2% icra olunub. Ümumi dövlət xidmətlərinə 517,8 milyon, müdafiəyə 483,7 milyon, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa 420,8 milyon manat həcmində vəsait ayrılıb. Halbuki bu istiqamətdə müvafiq olaraq 624,2 milyon, 598,9 milyon, 524,7 milyon manat proqnozlaşdırılıb.

Hesabat dövründə sosial müdafiə və sosial təminat xərcləri 100% icra olunub.

Təhsilin və səhiyyənin maliyyələşməsinə uyğun olaraq 9,3% və 14,6% az vəsait ayrılıb. Təhsil sferasına 864,5 milyonluq proqnoza qarşı 783,9 milyon, səhiyyədə isə 301,1 milyona qarşı 257,1 milyon manat xərclənib.

Cari ilin doqquz ayında sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 30,1%-i və ya 1941,5 mln. manat yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 426,5 milyon manat və ya 28,2% çoxdur.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 92,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf münitin mühafizəsi 86,4%, mənzil və kommunal təsərrüfatı 92,9%, sənaye, tikinti və faydalı qazıntılar 73,7%, nəqliyyat və rabitə 85,4% icra olunub. Bu istiqamətlərdə uyğun olaraq 99,5 milyon (proqnoz 111 milyon), 234,2 milyon (proq.271,2 milyon), 125,2 milyon (proq. 134,7 milyon), 2229,6 milyon (proq. 3024,5 milyon) və 47,9 milyon (proq. 56,1 milyon) manat həcmində vəsait yönəldilib.

Tarix: 02 Noyabr 2009  |  Baxış sayı: 1033




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV