Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Avstraliya uçot dərəcəsini növbəti dəfə artırdı
BVF-nin tövsiyələrinə rəğmən Avstraliyanın Mərkəzi Bankı son bir ayda ikinci dəfə uçot dərəcəsini qaldırdı. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bununla da dünya iqtisadiyyatında bərpa müşahidə ediləndən bəri “Böyük iyirmilik” ölkələri arasında uçot dərəcəsini ikinci dəfə qaldıran ilk ölkə oldu.

Bankın rəhbəri Qlenn Stivens bildirib ki, qərara görə uçot dərəcəsi 3,25%-dən 3,5%-ə qaldırılıb. Ekspertlər hesab edir ki, bu artım gələcəkdə də davam edəcək.

Ölkə iqtisadiyyatında müşahidə edilən artım son zamanlar xeyli sürətlənib. Bu isə daşınmaz əmlakın qiymətinin artmasını, ölkə valyutasının və səhmlərinin bahalaşmasını şərtləndirib.

Analitiklər hesab edir ki, istehlak aktivliyinin və Çin tərəfindən dəmir filizləri və daş kömürə tələbatın artması hesabına ölkə iqtisadiyyatı daha da möhkəmlənəcək.

Avstraliya Milli Bankının (National Australia Bank) eksperti Devid de Qaris hesab edir ki, ölkənin monetar hakimiyyəti uçot dərəcəsini artırmaq siyasətini davam etdirəcək və gələn ilin sonuna 4,25% həddinə çatacaq.

Ekspertlərin fikrincə, Mərkəzi Bankın buna əsası var. Çünki bəzi makroiqtisadi göstəricilər nikbin olmağa əsas verir. Məsələn, ÜDM birinci rübdə 0,4%, ikinci rübdə isə 0,6% artıb.

Xatırladaq ki, BVF ölkələrin mərkəzi banklarına müraciət edərək uçot dərəcələrini qaldırmamağı tövsiyə etmişdi. Ancaq Avstraliya Mərkəzi Bankı oktyabrın 6-da uçot dərəcəsini 0,25% artıraraq 3,25%-ə qaldırməşdı. Onun ardınca Norveçin Mərkəzi Bankı bir həftə əvvəl uçot dərəcəsini 0,25% artıraraq 1,5%-ə çatdırmışdı.

Tarix: 03 Noyabr 2009  |  Baxış sayı: 866




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV