Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Deutsche Bank iri bankların bölünməsinin əleyhinədir
Iri beynəlxalq bankların bölünməsi maliyyə böhranı nəticəsində yaranmış problemi həll etməyəcək. Belə bölünmədən sonra bank sektoru korporativ müştərilərə lazımi səviyyədə xidmət göstərə bilməyəcəklər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Deutsche Bankın rəhbəri açıqlama verib.

“Ölçü məqsəd deyil, eyni zamanda pis deyil. Maliyyə təsisatlarının doğranması heç kimin maraqlarına cavab vermir. Bununla bazarda çətin ki sabitliyə nail olunsun.” - Yosef Akerman Britaniyada keçirilən konfransda çıxışı zamanı bildirib.

Deutsche Bankın rəhbəri əmindir ki, beynəlxalq şirkətlər qlobal miqyasda fəaliyyət göstərmək iqtidarında olmalıdır. Belə vəziyyətdə isə ancaq iri banklar böyük layihələri maliyyələşdirmək və  böyük şirkətlərin tələbatlarına uyğun xidmət göstərmək üçün resurslara malikdir. Akerman “müasir iqtisadiyyatı orta ölçülü əmanət bankları ilə dəstəkləmək” fikirlərini səhv addım sayır.

Son zamanlar iri bankların rəhbərləri tərəfindən dəfələrlə bu tipli fikirlər səslənir. Problemli iri maliyyə institutlarına dövlət yardımı verildikdən sonra top-menecerlər Avropa Birliyinin bazarda rəqabət qabiliyyətli və dayanıqlı situasiyanın təmin edilməsi ilə bağlı addımlarına cavab verməyə çalışırlar. Avrokomissiya banklardan dövlət dəstəyinin əvəzində aktivlərinin bir hissəsini və ya ümumi biznes istiqamətini satmağı tələb edir.

Tarix: 04 Noyabr 2009  |  Baxış sayı: 830




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV