Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Maaşların azaldılması böhrana səbəb olub
Beynəlxalq Əmək Təşkilatı məruzə hazırlayıb

“Dünyada əmək haqlarının artım səviyyəsinin azalması qlobal iqtisadi böhranı doğuran əsas səbəblərdəndir”. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) “2009-cu il üzrə əmək haqlar barədə qlobal məruzə” adlı sənədində qeyd edilir.

Məruzə müəlliflərinin fikrincə, istehsalatın inkişaf etdiyi dövürlə müqayisədə məhz staqnasiya illərində maaşların artımı böhrana gətirib çıxaran amillərdən olub. Bu şəraitdə isə ev təsərrüfatları üçün tələbatı genişləndirməyin yeganə yolu vəsaitləri borca götürmək olub.

“Əmək haqqının real həcminin ixtisarının davam etməsi iqtisadi artımın perspektivlərini sual altına qoyur. Maaşların dəyərsizləşməsi milli iqtisadiyyatları onun üçün vacib olan tələbdən məhrum edir” – məruzə müəlliflərindən olan Manuela Tomey bildirir.

BƏT hakimiyyətlərə və biznes qurumlarına iqtosadi və sosial dayanıqlğını təmin etmək üçün istehsalın artımı və əmək haqlarının yüksəldilməsi arasında qarşılıqlı əlaqəni bərpa etməyə çağırıb. “Şirkətlər ilk növbədə işçi qüvvəsinin dəyərinin azaldılması yox, istehsalın artırılması hesabına rəqabət qabiliyyətini artırmalıdır. İşçilərin isə öz maaşlarını qorumağa imkan verən danışıqlar aparmaq üçün sərəcamında kifayət qədər fəaliyyət alətləri olmalıdır” - Manuela Tomey bildirir.

Hesabata görə, 2008-ci ildə əmək haqqının qlobal artımı böhranın dərinləşməsi səbəbindən səngiyib və dünya iqtisadiyyatında inkişaf tendensiyasının olmasına baxmayaraq 2009-cu ildə onun tempində azalma müşahidə ediləcək.

Məruzədə eyni zamanda qeyd edilir ki, 35 ölkənin yarısında 2009-cu ilin birinci rübündə maaşlar azaldılıb.

53 ölkədə orta aylıq əmək haqqının real artımı tempi 4,3%-dən (2007-ci il) 1,4%-ə (2008-ci il) düşüb. “Böyük iyimiliy”ə daxil olan 10 ölkədə 2007-ci ildə orta aylıq əmək haqqında müçahidə edilən 1%-lik artım 2008-ci ildə 0,2%-lik azalma ilə əvəz olunub.  

Məruzədə qeyd olunur ki, Yaponiya, Braziliya, ABŞ və Rusiya da daxil olmaqla bir çox ölkələrdə minimal əmək haqqının artımı inflyasiya səviyyəsini ötüb.
Tarix: 04 Noyabr 2009  |  Baxış sayı: 934




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV