Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
22.10.2019 02:04
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


NOKIA Avropanın ən bahalı brendidir
Ötən il olduğu kimi 2009-cu ildə də Avropanın ən bahalı brendi adına 35,220 milyard avro dəyərləndirilən NOKIA şirkəti layiq görülüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Ticarət Nişanları İnstitunun tərtib etdiyi Avropanın 50 ən bahalı nişanları reytinq cədvəlini təqdim edib.

Fransanın Louis Vuitton, Givenchy, Kenzo, Chaumet, Moet & Chandon, Hennessy ticarət nişanları altında məhsul istehsal edən LVMH şirkəti 32,365 milyard avro ilə ikinci olub. LVMH şirkəti fransız milyarder Bernar Arnoya məxsusdur.

İlk üçlüyü ötən ilin bürünc mükafatçısı Vodafonе şirkətini əvəz edən Belçikanın Inbev şirkəti tamamlayır. Pivə istehsalçısı olan Inbev şirkətinin brendi 26,927 milyard avro qiymətləndirilir. Şirkət Stella Artois, Beck's, Brahma, Staropramen, Hoegaarden, «Сибирская корона», «Клинское», «Толстяк» və «БагБир» adlı pivə buraxır.

Britaniyanın Vodafone şirkəti dördüncü (EUR 23,789 milyard), Britaniya –Niderland birgə müəssisəsi olan Unilever şirkəti beşinci (EUR 22,829 milyard) yeri tuturlar.

İlk onluğu Telefonica (EUR 22,128 milyard), Mercedes (EUR 19,392 milyard), Deutsche Telekom (EUR 19,093 milyard), BMW (EUR 18,765 milyard) və SAB Miller (EUR 18,349 milyard) tamamlayır.

Tədqiqat çərçivəsində 24 ölkənin 3 mindən çox ticarət nişanının dəyəri təhlil edilib. İstehlak malları istehsal edən brendlər böhrandan qazanıblar.  Onların dəyəri 2008-ci illə müqayisədə 6% artıb. Məsələn, Belçikanın məşhur pivə istehsalçısı olan InBev şirkətinin dəyəri 56% yüksəlib. Britaniyanın SAB Miller pivə şirkəti 24%, Carlsberg  21,5%, Heineken 14,4% bahalaşıb. Maliyyə xidməti göstərən və avtomobil istehsal edən şirkətlərin brendləri isə uygun olaraq 24% və 9,6% ucuzlaşıb.

Brendlərin dəyərinin hesablanması metodu şirkətin maliyyə göstəricilərinin analizinə, KİV adının hallandırılması tezliyinə, brendin bazarda yaşına və mövqeyinə əsaslanır.

Tarix: 05 Noyabr 2009  |  Baxış sayı: 914




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV