Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
22.10.2019 02:04
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Tokiyo dünyanın ən varlı şəhəridir
PricewaterhouseCoopers iri şəhərlərin reytinqini tərtib edib

İnkişaf etməkdə olan ölkələrin meqapolisləri Avropa şəhərlərini sıxışdırmaqla dünyanın ən bahalı şəhərlərinin reytinq cədvəlini “işğal” etməkdədir. “İqtisadi forum” jurnalının məlumatına görə, PricewaterhouseCoopers şirkəti ÜDM-in həcmi əsasında 2008-ci il üzrə dünyanın iri şəhərlərinin reytinq cədvəlini tərtib edib.

Reytinq cədvəlində 2008-ci illə yanaşı 2025-ci il üçün də ÜDM-in həcminin proqnozu əsasında şəhərlər sıralanıb. İlk beşlikdə olan Yaponiya və ABŞ-ın şəhərləri 15 il sonra da mövqeylərini saxlaya biləcəklər.

Ancaq qoca dünyanın şəhərləri mövqeyini xeyli itirəcək. İnkişaf etməkdə olan ölkələrin meqapolisləri isə durmadan artacaq. PricewaterhouseCoopers-ə görə,  2008-ci ildə iri iqtisadi mərkəzlərin otuzluğuna cəmi Avropanın 4 şəhəri (London, Paris, Moskva, Madrid) düşsə də 2025-ci ildə onların cəmi 3-ü qalacaq. Madrid top-30-u tərk edəcək. Rusiyanın paytaxtı Moskva 15-ci yerdən 2025-ci ildə 12-ci yerə yüksələcək. Bu müddətdə şəhərin ÜDM-nin həcmi $321 milyarddan $506 milyarda yüksələcək.

Ötən ilin lideri olan Tokiyoda ÜDM-in həcmi 1,479 trilyon dollar olub. Proqnoza görə, Yaponiyanın paytaxtı 15 ildən sonra da liderliyini qoruya biləcək. Tokio bu müddətdə ÜDM-in həcmini hər il 1,7% artırmaqla $1,981 trilyona çatdıracaq.

Cədvəlin ilk beşliyinə düşən şəhərlər 2015-ci ildə də dəyişməz qalacaqlar. Ötən ilin ikinci lideri Nyu-York və üçüncüsü olan Los-Anceles də 2025-ci ilə kimi mövqeylərini qoruyacaqlar. 2008-ci ildə 4-cü və 5-ci yerləri tutan Çikaqo və London 15 ildən sonra yerlərini bir-birinə dəyişməli olacaqlar.

2008-ci ildə ÜDM-in həcminə görə Mexiko 8-ci, San-Paul 10-cu, Şanxay 25-ci, Mumbay 29-cu, İstanbul 34-cü, Pekin 38-ci yerdə qərarlaşıb. Ancaq 15 ildən sonra inkişaf etməkdə olan ölkələrin şəhərləri irəliləyəcəklər. 2025-ci ildə San-Paul Parisi sixişdıraraq 6-ci yerə çıxacaq. Mexiko isə 7-ci mövqeyə yüksələcək. Braziliyanın paytaxında ÜDM-in illik artımı 4,2%, Meksikanın paytaxtında isə 3,9% olacaq. Çinin Şanxay şəhəri illik 6,6% artımla 9-cu, Mumbay 6,3% artımla 11-ci yerə qalxacaq. 

2008-ci ildə 100 ölkə arasında 39-u inkişaf etməkdə olan, 61-i inkişaf etmiş ölkələrin payına düşsə də 2025-ci ildə fərq kəskin azalacaq. İnkişaf etməkdə olan ölkələrin sayı 48 qalxacaq, inkişaf etmiş ölkələr isə 52-yə düşəcək.

Tarix: 09 Noyabr 2009  |  Baxış sayı: 1568




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV