Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


KİV-ə Dövlət Dəstəyi Fondunun büdcəsi 2 dəfə artacaq
Dövlət məxsus KİV-lər bu Fonddan maliyyələşəcək

2010-cu ilin dövlət büdcəsindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təxminən 2 milyon manat ayrılacaq ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur. Bu barədə “İqtisadi forum” jurnalı 2010-cu ilin büdcə layihəsində istinadən xəbər verir.

2009-cu ildə fəaliyyətə başlayan KİV-ə Dövlət Dəstəyi Fonduna bu il dövlət büdcəsindən 2 milyon  manat ayrılması planlaşdırılır. Bu 2009-cu ilin gözlənilən icrasından 962 min manat çoxdur.

2009-cu ildə layihələrin maliyyələşdirilməsi üçün Fonda 1,1 milyon manat ayrılıb.

Bu ilki artımın əsas səbəbi dövlət büdcəsindən maliyyələşdirilən qəzet və jurnalların dövlət büdcəsindən birbaşa yox, Fond vasitəsilə yardım alması ilə əlaqədardır. Belə ki, gələn ildən etibarən Azərbaycan”, “Göyərçin”, “Günəş”, “Qobustan”, “Literaturniy Azerbaydjan”, “Ulduz” kimi jurnallar, habelə “Ədəbiyyat” və “Savalan” qəzetləri dövlət maliyyəsini Fonddan alacaqlar.

Məlumat üçün bildirək ki, 2009-cu ildə “Azərbaycan” jurnalına 130 min, “Göyərçin” jurnalına 45 min, “Günəş” jurnalına 32,5 min, “Qobustan” jurnalına 44,8 min, “Literaturniy Azerbaydjan” jurnalına 62,7 min, “Ulduz” jurnalına isə 52,9 min manat ayrılmışdı. Ötən il “Ədəbiyyat” qəzetinə 162,7 min, “Savalan” qəzetinə isə 44,8 min manat nəzərdə tutulub. Üst-üstə qəzet və jurnalların maliyyələşdirilməsinə 2009-cu ildə dövlət büdcəsindən 575 min manat ayrılıb.

Tarix: 09 Noyabr 2009  |  Baxış sayı: 961




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV