Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Axundov adına Milli Kitabxananın vəsaiti 37% artırılır
Kitabxanalara ayrılan vəsaitlərin 67%-i maaşlara xərclənir

Gələn il dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən kitabxanaların saxlanılmasına təxminən 24,7 milyon manat ayrılması planlaşdırılır ki, bu da 2009-cu illə müqayisədə 2,6% çoxdur. Bu barədə
“İqtisadi forum” jurnalı 2010-cu ilin büdcə layihəsində istinadən xəbər verir.

2010-cu ildə kitabxanalara ayrılacaq 24,7 milyon manatlıq vəsaitin  0,8%-i və ya 0,19 milyon manatı Səhiyyə Nazirliyinin, 0,6%-i və ya 0,15 milyon manatı Təhsil Nazirliyinin, 84,4%-i və ya 20,9 milyon manatı Mədəniyyət və Turizm Nazirliyinin, 0,5%-i və ya 0,13 milyon manatı Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan kitabxanalara yönəldiləcək. Bundan başqa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kitabxanasına büdcədən 0,3 milyon manat və ya ümumi xərclərin 1,3%-i həcmində pul çatacaq. M.F.Axundov adına Milli Kitabxanaya 3,1 milyon manat ayrılacaq ki, bu da cəmi xərclərin 12,5%-i qədərdir.

2009-cu ilin proqnozu iə müqayisədə M.F.Axundov adına Milli Kitabxanaya ayrılan vəsait 36,6% artırılıb. Təhsil və Kənd Təsərrüfatı nazirliklərinin nəzdində olan kitabxanaların maliyyələşməsi uyğun olaraq 21,5% və 12,6% çoxaldılıb. Mədəniyyət və Turizm Nazirliyinin və Patent üzrə Dövlət Komitəsinin nəzdində olan kitabxanaların pulları isə müvafiq olaraq 1,2% və 1% azaldılıb.

Kitabxanalara ayrılan vəsaitin 66,7%-i işçilərin əməyinin ödənişinə xərclənəcək. Bu istiqamətə 16,6 milyon manat ayrılacaq. Ötən illə müqayisədə əmək haqlarına ayrılan vəsait 1% azalıb.

Dövlət qurumlarının nəzdində olan kitabxanalara ayrılan vəsaitdə işçilərin əməyinin ödənişinə ayrılan vəsaitini xüsüsi çəkisi 40-80% civarındadır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kitabxanalarına ayrılan vəsaitin 80%-i əmək haqqına xərclənir. Bu göstərici

Səhiyyə Nazirliyində 72,6%-ə, Təhsil Nazirliyində 64,1%, Mədəniyyət və Turizm Nazirliyində 70,1%-ə, Kənd Təsərrüfatı Nazirliyində 55,1%-ə çatır. M.F.Axundov adına Milli Kitabxanada əmək haqqına ümumi xərclərin 44,1%-i yönəldiləcək.

İdarənin saxlanmasına 1,7 milyon, ezamiyyə xərclərinə 0,3 milyon manat ayrılacaq ki, bu da uyğun olaraq ümumi xərclərin 6,7% və 1,2%-ni təşkil edir. 2009-cu ilin proqnozu ilə müqayisədə idarənin saxlanması xərcləri 16,5% artsa da, ezamiyyə xərcləri 0,1% azalıb. 

Tarix: 09 Noyabr 2009  |  Baxış sayı: 1370




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV