Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Son 6 ayda xarici borcumuz 14,2% artıb
Adambaşına düşən borc 380,6 dollara çatıb

2009-cu ilin aprel-sentyabr aylarında Azərbaycanın xarici dövlət borcu 14,2% və ya 414,7 milyon dollar artaraq 3331,5 milyon dollara çatıb. “İqtisadi forum” jurnalının analitik qrupu Maliyyə Nazirliyinin məlumatları əsasında hesablama aparıb.

Hesablamaya görə, adambaşına düşən xarici borcun həcmi  47,4 dollar artaraq 380,6 dollara çatıb. Xarici dövlət borcunun kəskin artımı onun ÜDM-də payını da xeyli yüksəldib. Belə ki, son 6 ayda borcun ÜDM-də payı 5,3%-dən 8,7%-ə yüksəlib.

Son 6 ayda alınan kreditlərin 88%-i və ya $364,9 milyonu 3 sahəyə - elektrik enerjisi, neft və yol infrastrukturuna yönəldilib.

2009-cu ilin 9 ayı ərzində ümumiikdə 431,7 milyon dollar xarici kredit istifadə olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə çoxdur.

Xatırladaq ki, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində cəmi 86,8 milyon dollar həcmində xarici kredit istifadə olunub.

2008-ci ilin 9 ayı ilə müqayisədə xarici borca xidmət xərcləri də əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında qeyd olunan xərclər $177,3 milyon təşkil etdiyi halda, ötən ilin eyni dövründə $48,1 milyon olub.

Bu il qaytarılan borcların $130.5 milyonu və ya 73,6%-i əsas borca xidmətlə bağlı olub. 

İqtisadi Təşəbbüslərə Yardım Birliynin sədr müavini Rövşən Ağayev “İqtisadi forum” jurnalına açıqlamasında bildirib ki, Azərbaycanın xarici dövlət borcunun ÜDM-də payı təhlükəli həddə olmasa da narahatçılıq doğuran bir neçə məqam var: Birincisi, xarici borcların sürətli artım tendensiyası müşahidə olunur. Belə ki, son 6 ayda xarici borcun ÜDM-də payının birdən-birə 2 dəfəyədək yüksəlməsi ciddi siqnaldır. İkincisi, bu cür kəskin artım tempi Azərbaycanın maiyyə imkanlarıın əvvəlki illərlə müqayisədə kifayət qədər daraldığı bir vaxta təsadüf edir. Nəhayət indi alınan və istifadə olunan yüksək məbləğli kreditlərin qaytarılması Azərbaycanın neft gəlirlərinin azaldığı dövrə - 15-20 il sonraya təsadüf edəcək.

Həmçinin R.Ağayev gələn il büdcə gəlirlərinin 20%-ə qədər azaldığı bir şəraitdə büdcə kəsirinin örtülməsi məqsədilə 700 milyon manat ($860 milyon) kreditin götürülməsini perspektiv üçün ciddi maliyyə riski sayır.

Tarix: 10 Noyabr 2009  |  Baxış sayı: 1353




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV