8 bank isə zərərlə işləyib
Cari ilin oktyabrın 1-nə ölkə banklarının əldə etdikləri mənfəətlərin həcmi 209,4 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 12,2% çoxdur. Son bir ayda bankların cəmi mənfəəti təxminən 22,7 milyon manat artıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın statistik məlumatlarına əsasən məlumat verir.
Hesabat ilində mənfəətlə işləyən bankların cəmi mənfəəti 219,02 milyon, zərərlə işləyən bankların zərəri isə 9,62 milyon manat olub. Yekin mənfəət isə 209,4 milyon manat təşkil edib.
Avqust ayı ilə müqayisədə sentyabrda mənfəətlə işləyən bankların mənfəəti 23,4 milyon, zərələ işləyən bankların zərəri isə 0,6 milyon manat artıb.
Sentyabr ayında ölkədə fəaliyyət göstərən bankların 8-i zərərlə, 38-i isə mənfəətlə işləyib. Halbuki ilin əvvəlində bu nisbət 11 və 37 olub.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 45-i özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır. |