2009-cu ilin sentyabr ayında əvvəlki ayla müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 35 milyon manat artaraq 309,4 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında hesablamalarına görə, avqust ayında bu tip kreditlər 274,9 milyon manat olub.
Cari ilin 9 ayında ölkə iqtisadiyyatına yatırılan cəmi kredit qoyuluşlarının 4%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Avqustda isə bu tipli kreditlərin payı 3,6% olub.
İlin əvvəli ilə müqayisədə sentyabrda vaxtı keçmiş kreditlərin həcmi 2 dəfə artıb. 2009-cu ilin yanvar ayının 1-nə vaxtı keçmiş kreditlərin həcmi 159,8 milyon manat olub.
Kreditlərin 55,4%-i və ya 4310,2 milyon manatı milli, 44,6%-i və ya 3470,6 milyon manatı isə xarici valyutada qoyulub. Milli valyutada qoyulan kreditlərin 4,5%, xarici valyutada qolulan kreditlərin isə 3,3%-ni vaxtı ötmüş kreditlər təşkil edir.
Əvvəlki ayla müqayisədə sentyabrda milli valyuta üzrə vaxtı keçmiş kreditlər 14,9 milyon manat, xarici valyuta üzrə isə 19,6 milyon manat artıb.