Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Tikintiyə kredit qoyuluşu 33% azalıb
Ticarət və xidmət sektorunun payı isə artıb

Sentyabr ayında tikinti sektoruna kredit qoyuluşu 221,3 milyon azalaraq 443,3 milyon manat təşkil edib. “İqtisadi forum” jurnalı Mərkəzi Bankın statistik məlumatları əsasında apardığı hesablamalara görə, bu müddətdə onun ümumi kreditlərdə payı 8,7%-dən 5,7%-ə düşüb.

Son 9 ayda ölkə iqtisadiyyatına yatırılan 7780,8 milyon manatlıq kredit qoyuluşunun 1646 milyon manatı ticarət və xidmət sektoruna yönəldilib. Sentyabrda ticarət və xidmət sektoruna kredit qoyuluşu 244,5 milyon manat artıb. Ötən ayla müqayisədə bu sektorun payı 18,4%-dən 21,2%-ə qalxıb.

Energetika, kimya və təbii ehtiyatlar  sektoruna 1353,6 milyon manatlıq kredit yatırılıb. İyul-avqust aylarında bu sektorun payı 3 dəfə artsa da, sentyabrda 0,3% azalaraq 17,4%-ə düşüb. Mütləq həcmcə artım isə cəmisi 4,1 milyon manat olub.

Sentyabr ayında inşaat və əmlak sektoruna kredit qoyuluşu əvvəlki ayla müqayisədə 33% azalıb. Bu sahəyə yatırılan kreditin həcmi sentyabrda 221,3 milyon azalaraq 443,3 milyon manat təşkil edib. Bununla da ümumi kreditlərdə payı 8,7%-dən 5,7%-ə düşüb. İnşaat və əmlak sektorunun payı cari ilin aprel ayından (10,3%) başlayaraq azalmaqda davam edir.

Digər sahələrdə kredit qoyuluşları mütləq həcmcə artsa da, ümumi həcmdə xüsusi çəkisi sabit qalıb. Kənd təsərrüfatı və emal sektoruna 367,6 milyon, sənaye və istehsala 544,4 milyon, nəqliyyat və rabitəyə 475,6 milyon, ev təsərrüfatlarına 2300 milyon manat həcmində kredit qoyulub. Əvvəlki ayla müqayisədə bu sahələrdə artım müvafiq olaraq 11,7 milyon, 8,1 milyon, 10,9 milyon və 35,4 milyon manat təşkil edib. Cəmi kreditlərdə kənd təsərrüfatının payı 4,7%, sənaye və istehsalın payı 7%, nəqliyyat və rabitənin payı 6,1%, ev təsərrüfatlarının payı isə 29,6% olub.

Maliyyə sektoruna kredit qoyuluşu ötən ayla müqayisədə 9,2 milyon manat artaraq 149,3 milyon manata çatıb.

Tarix: 11 Noyabr 2009  |  Baxış sayı: 1223




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV