Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


FES: Amerika iqtisadiyyatı tezliklə dirçəlməyəcək
Yüksək işsizlik səviyyəsi və istehlakçıların pullarını xəsisliklə xərcləməsi güman ki, Amerika iqtisadiyyatının zəif və qeyri-bərabər dirçəlişinə gətirib çıxaracaq. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Federal Ehtiyat Sisteminin bir neçə rəhbəri bu fikri irəli sürüb.

“Milli iqtisadiyyatın inkişaf gücü və dayanıqlığı sual altındadır” –
San Fransisko Federal Ehtiyat Sisteminin prezidenti Canet Yellen bildirib.
Onun sözlərinə görə, hazırda söhbət dünyanın ən böyük iqtisadiyyatının sürətli bərpasına mane olan eyni anda bir neçə amildən asılıdır: bu, yüksək işsizlik, yeni iş yerlərinin sayının zəif artımı və maaşların cüzi artımıdır.

Dallas FES-nin rəhbəri Riçard Dallas
həmkarının fikrinə şərik çıxaraq onun sadaladığı amillər sırasına dövlət yardımından asılılığı və kommersiya əmlakı bazarının vəziyyətinin pis olmasını da əlavə edib. Ekspertlərin fikrincə, yuxarıda sadalananları nəzərə alaraq hesab etmək olar ki, ABŞ-da rekord səviyyədə aşağı olan uçot dərəcəsi hələ uzun müddət dəyişməz qalacaq. Fişerə görə, FES-in uçot dərəcəsini uzun müddət aşağı səviyyədə saxlamaq vədi maliyyə bazarında arzuolunmaz spekulyativ fəaliyyətə təkan verə bilər.

Amerikanın mərkəzi banklarının rəhbərləri bildirilər ki, vergi imtiyazları və avtomobil satışı zamanı güzəştlər kimi proqramların artıq sonu çatıb. Bununla yanaşı əmək bazarının vəziyyətini nəzərə alsaq deyə bilərik ki, istehlak tələbatı bu boşluğu doldura bilməyəcək.

“Belə vəziyyətlərdə iş yerlərinin artımının tezliklə bərpasına ümid etmək olmaz” – Atlanta  FES-nin rəhbəri Dennis Lokxart bildirib. Onun fikrincə, hadisələrin pis istiqamətdə gedəcəyi təqdirdə FES hətta yüksək işsizliyə baxmayaraq pul-kredit siyasətini sərtləşdirəcək.         

Riçmond FES-nin rəhbəri Cefri Leker uçot
dərəcələrini qaldırmağa cəhd göstərmir. O, açəqlamasında bunun hələki tez olduğunu bildirib.
Tarix: 12 Noyabr 2009  |  Baxış sayı: 913




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV