Cari ilin oktyabrın sonuna Honq Konqun valyuta ehtiyatının həcmi sentyabrla müqayisədə $13,2 milyard artaraq $240,1 milyarda çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ChinaPRO jurnalı Honq Konqun Maliyyə İdarəsinə istinadən xəbər verir.
Hazırda Honq Konq valyuta ehtiyatının həcminə görə, dünyada yeddinci yeri tutur. Ölkə bu göstəriciyə görə, ancaq Çin, Yaponiya, Rusiya, Tayvan, Hindistan və Koreyadan geri qalır.
Xatırladaq ki, avqust ayında ölkənin valyuta ehtiyatı $223,3 milyard təşkil edib ki, bu da iyul göstəricisindən $5,2 milyard çox olub. |