Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Özəl bankların filialları artıb
Bank şöbələrinin sayı isə azalıb

2009-cu ilin üçüncü rübündə əlavə olaraq 2 bank olmayan kredit təşkilatı lisenziya alıb. Bununla da bank əməliyyatları aparmaq üçün lisenziya almış bank olmayan kredit təşkilatlarının sayı 98-ə çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu müddətdə ölkə üzrə kredit təşkilatların sayı 144-ə yüksəlib.

Oktyabrın 1-i tarixinə kredit təşkilatlarının 46-nı banklar təşkil edib. Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla yerdə qalan 45 bank özəl mülkiyyətə malikdir. Bankların 23-ü xarici kapitalın iştirakı işləyir. 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini xarici kapital təşkil edir. Xarici bankların yerli filiallarının sayı 2-yə bərabərdir.

2009-cu ilin 9 ayında fəaliyyətdə olan bankların yerli filiallarının sayı 618-ə bərabər olub. Bunların 38-i dövlət, 580-i isə özəl bankların payına düşür. İkinci rüblə müqayisədə üçüncü rübdə özəl bankların filialları 5 ədəd artsa da, dövlət bankında artım olmayıb. Bununla da yerli filialları olan bankların sayı 38-dən 40-a yüksəlib.

Üçüncü rübdə 3 bank şöbəsi bağlanıb. İkinci rüblə müqayisədə onların sayı 106-dan 103-ə düşüb.

Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.

İlin əvvəlindən ləğv etmə mərhələsindən olan 3 bankdan artıq 1-i tam ləğv edilib.

Bank olmayan 98 kredit təşkilatının 79-nu kredit ittifaqları, 18-ni beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən təşkilatlar, 1-ni isə digər bank olmayan təşkilatlar təşkil edir.

Tarix: 16 Noyabr 2009  |  Baxış sayı: 1154




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV