Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Pensiyaçıların sayı 9 ayda 1,4% artıb
Adambaşına ünvanlı sosial yardımın orta aylıq məbləği 23,43 manat olub

2009-cu ilin oktyabrın 1-nə ölkədə qeydiyyatda olan pensiyaçıların sayı 1,4% artaraq 1298,9 min nəfərə çatıb. “İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, pensiyaçıların 65%-i yaşa, 24%-i əlilliyə, 11%-i isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Pensiyaçıların 1,4%-ni cari ilin 9 ayında ilk dəfə qeydiyyata alınmış və pensiya təyin olunmuş şəxslər təşkil edir.

Pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 99,93 manata çatıb və orta aylıq əmək haqqının 34%-ni təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, oktyabrın 1-i vəziyyətinə 291,3 min nəfər sosial müavinət alıb. Yaşa görə müavinət alanların sayı 17,8 min, əlilliyə görə - 92,2 min, ailə başçısının itirilməsinə görə - 31,7 min nəfər olub. Sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58,4 min nəfər təşkil edib.

Əmək pensiyasını almaq hüququ olmayan 55,9 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə aylıq müavinət təyin edilib. 11,5 min ailədə olan 22,4 min uşağa müavinət təyin olunub. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl qəzası əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb.

Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 991 qəyyumuna müavinət təyin olunub. Bundan əlavə, 77,2 min nəfərə, o cümlədən 70,9 min uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş 4,9 min şəxsin müalicəsi üçün birdəfəlik müavinət verilib.

Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 32,6 min nəfər təqaüd alıb. 2009-cu il oktyabr ayının 1-i vəziyyətinə ölkədə 151,6 min ailənin 691,1 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. 1 nəfərə düşən orta aylıq məbləğ 23,43 manat təşkil edib.

Tarix: 17 Noyabr 2009  |  Baxış sayı: 1216




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV