Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycan korrupsiya səviyyəsinə görə 143-ü yerdədir
"Transparency İnternational" növbəti hesabatını açıqladı

2009-cu ilin Korrupsiyanı Qavrama İndeksi
əsasında Azərbaycan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 143-cü yerdə çıxıb.  “İqtisadi forum” jurnalı bu barədə "Transparency İnternational" təşkilatının bu gün yayılan hesabatına istinadən məlumat verir

Təşkilatın ekspertləri tərəfindən tərtb edilən və hər il ölçülən Korrupsiyanı Qavrama İndeksi (Corruption Perceptions Index - CPİ) ekspertlər və biznesmenlər arasında aparılmış sorğu əsasında dövlət sektorunda korrupsiyanın səviyyəsini ölçür.

Cədvəlin ilk yerləri dəyişməz qalıb. Həmişəki kimi beşliyə Yeni Zelandiya, Danimarka, Sinqapur, İsveç və İsveçrə daxildir. Yeni Zelandiya 10 mümkün baldan 9,4, Danimarka 9,3, Sinqapur 9,2, İsveç 9,2 və İsveçrə isə 9 bal toplayıb.

 
İlk 10luq

1. Yeni Zelandiya
2. Danimarka
3. Sinqapur
4. İsveç
5. İsveçrə
6-7. Finlandiya
6-7. Niderland
8-10. Avstraliya
8-10. Kanada
8-10. İslandiya

Almaniya 14-cü, Yaponiya 17-ci, Böyük Britaniya 18-ci, ABŞ isə 19-cu yeri tutub.

Keçmiş SSRİ ölkələri arasında Baltik ölkələri həmişə olduğu kimi fərqlənib. Estoniya 27-ci (6,6 bal), Litva 52-ci (4,9 bal), Latviya isə 56-cı (4,5 bal) yeri tutub.

Cənubi Qafqazda ən pis göstərici Azərbaycanda olub. Gürcüstan 4,1 balla cədvəlin 66-cı pilləsində möhkəmlənib. Ermənistan isə Qazaxıstanla birgə 2,7 balla 120-ci yeri bölüşdürüb.

Azərbaycan 2,3 balla 143-cü yeri tutub.

Rusiya “mehriban dostu” olan Ukrayna ilə birgə 2,2 balla 146-cı yeri bölüşdürüb.

Orta Asiyada vəziyyət daha gərgin olub. Tacikistan 2 balla 158, Qırğızıstan 1,9 balla 162-ci, Türkmənistan 1,8 balla 168-ci, Özbəkistan isə 1,7 balla 174-də qərarlaşıb.

Ən çox korrupsiyalaşmış ölkələr sırasına isə Somali (180), Əfqanıstan (179), Myanma (178) və Sudan (177) daxildir.

Ən çox korrupsiyalaşmış ölkələr

168-173. Burundi
168-173. Ekvatorial Qvineya
168-173. Qvineya
168-173. Haiti
168-173. İran
168-173. Türkmənistan
174. Özbəkistan
175. Çad
176. İraq
177. Sudan
178. Myanma
179. Əfqanıstan
180. Somali

Tarix: 17 Noyabr 2009  |  Baxış sayı: 867




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV