Kristin Laqard Avropanın ən yaxşı iqtisadiyyat naziridir
Britaniyanın “Financial Times” qəzeti fransız Kristin Laqardı Avropa Birliyi ölkələrinin ən yaxşı naziri adlandırıb. “İqtisadi forum” jurnalının Britaniya qəzetinə istinadən verdiyi məlumatına görə, reytinqdə Almaniyanın bu yaxınlarda istefa vermiş maliyyə naziri Peer Ştaynbryuk ikincilik qazanıb.
“Ən yaxşı nazir” reytinqində Belçikalı iqtisadiyyat naziri Didye Reyders üçüncü yerə layiq görülüb.
Qəzetə görə, Laqardı müasir maliyyə dünyasının ulduzu saymaq olar. Qəzetin yazdığına görə, nazirin və onun həmkarlarının səyi nəticəsində Fransanın iqtisadiyyatı digər Avropa ölkələri ilə müqayisədə resesiyaya daha yaxşı tab gətirə bilib. Məhz ağır dünya böhranı şəraitində Kristin inadkarlıq göstərdi və ən çətin problemlərin həlli zamanı qeyri-adi ixtiraçılıq qabiliyyəti nümayiş etdirdi.
“Financial Times” qəzetihəmçinin qeyd edir ki, Laqard böhranla beynəlxalq mübarizədə əsas rollardan birini oynayır.