Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Dollar Amerikalıları kasıblaşdırır
ABŞ-da 3,9 milyon “milyonçu ailə” yaşayır

Avropa Birliyi var-dövlətin həcminə görə Amerikalıları ötüb. “İqtisadi forum” jurnalının məlumatına görə, Boston Consulting Group (BCG) şirkətinin tədqiqatçıları bu qənaətə gəliblər.

Avropalılar şirkətlərə, fondlara və banklara $32,7 trilyon etibar ediblər. Halbuki Amerikaların etibarı $29,3 trilyona bərabər olub. Amerikalıların yoxsullaşmasının əsas səbəbi dolların ucuzlaşması və fond bazarının zəifləməsidir.

BCG-nin hesablamalarına görə, varidatı milyonlarla ölçülən ailələrin sayı 2008-ci ildə 17,8% azalaraq $9 milyona düşüb. Onların idarəetməyə verdikləri kapitalın həcmi isə 2001-ci ildən bəri ilk dəfə azalıb. 2008-ci ildə bu göstərici 2007-ci ilin $104,7 trilyonu ilə müqayisədə $92,4 trilyon təşkil edib.

Şimali Amerika varlılarının vəsaiti daha çox azalıb. Onların idarəetmədə olan aktivləri 21,8% azalıb.

İmkanlı adamların vəsait yatırımı Yaponiyada 7,8%, Yaxın Şərq və Afrikada 6,9%, Asiya-Sakit okean regionunda 6,2%, Avropada isə 5,8% azalıb. Nəticədə Avropa Birliyində varlıların payına $32,7 trilyon, ABŞ və Kanada da isə $29,3 trilyon düşüb.

Varlı ailələrin “kasıblaşması” əsasən fond bazarlarının çökməsi ilə bağlıdır. Amerikalıların rifahına dolların ucuzlaşması da pis təsir edib. Əvvəlki illərdə dolların möhkəmlənməsi kapitalın fərdi idarə edilməsi bazarında vəsaitlərin həcminin kəskin artımına səbəb oldu. Dollar qiymətdən düşməyə başlayandan sonra isə onun aktivlərə təsiri də güclü oldu.

Qəribədir ki, Latın Amerikasının idarəetmədə olan aktivləri 3% artıb. Ekspertlər bu artımı ötən il neftin qiymətinin yüksək olması ilə əlaqələndiriblər.

Amerikalıların “kasıblamasına” baxmayaraq milyonçu ailələrin sayına görə ABŞ birinci yeri tutur. Bu ölkədə 3,9 milyon varlı ailə yaşayır.

İkinci yerdə 1,2 milyon ailəyə malik Yaponiya, üçüncü yerdə isə 417 min ailə hesabı ilə Çin gəlir. Almaniya, Böyük Britaniya, İtaliya, Fransa, İsveçrə, Tayvan və İspaniya milyonçu ailələrin sayına görə onluğa düşə bilib.

Tarix: 18 Noyabr 2009  |  Baxış sayı: 912




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV