“İqtisadi forum” jurnalının məlumatına görə, Rusiya hökuməti 2009-cu ilin ikinci rübü üzrə ölkə üzrə adambaşına düşən yaşayış minimumu həddini 180 dollar məbləğində (5187 rubl) təsdiq edib.
Yeni qərara görə, əhalinin əmək qabiliyyətli təbəqəsi üçün cari ilin ikinci rübündə yaşayış minimumu $195 (5607 rubl), pensiyaçılar üçün $172 (4963 rubl) müəyyən edilib.
Məlumat üçün bildirək ki,2010-cu il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 87 manat ($109), əmək qabiliyyətli şəxslər üçün 96 manat ($120), pensiyaçılar üçün 68 manat ($85), uşaqlar üçün 72 manat ($90) təklif olunur.