Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


ABŞ-ın xəzinə kağızlarına tələbat hələ də yüksəkdir
Dünyada ABŞ-ın dövlət istiqrazlarına tələbat yenidən artıb. Xarici ölkələr sentyabrda satdıqlarından $40,7 milyard çox Amerikanın xəzinə kağızlarını (treasury bills) alıblar. “İqtisadi forum” jurnalı bu barədə Rusiyanın İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Pekin sentyabrda daha $1,8 milyard məbləğində kağız alıb və hazırda Amerikanın qiymətli kağızlarında payı $798,9 milyard təşkil edir. Yaponiya ABŞ-ın dövlət istiqrazlarına əlavə olaraq $20,3 milyard yatırıb. Gündoğar ölkənın indiyədək aldığı istiqrazların məbləği  $751,5 milyard həcmində qiymətləndirilir. Yaponiya Çindən sonra Amerikanın ikinci ən böyük kreditorudur. 

Digər ölkələr də sentyabrda Vaşinqtondan əlavə qiymətli kağız alaraq paylarını artırıblar. Rusiya $0,2 milyard, Böyük Britaniya $22,4 milyard, Braziliya $7,6 milyard məbləğində dövlət istiqrazı alıblar. Beləliklə bu ölkələrin sərəncamında olan qiymətli kağızların dəyəri müvafiq olaraq $121,8 milyard, $249,3 milyard, $144,9 milyard həcmindədir.

Maliyyə naziri bir qədər əvvəl xəbərdarlıq edərək bildirmişdi ki, əgər hökumət dövlət borcunun yuxarı həddi üçün qanunla müəyyən edilmiş $12,1 trilyonluq həddi dəyişməsə dekabrda ölkəni texniki defolt gözləyir. Bu ilin avqustunda maliyyə naziri Timoti Qaytner konqresə müraciət edərək dövlət borcunun yuxarı həddini artırmağa imkan verən qanun layihəsini təcili qəbul etməyə çağırmışdı. Ekspertlərin fikrincə, yuxarı həddi daha 1 trilyon qaldırmaq lazım olacaq.

Tarix: 19 Noyabr 2009  |  Baxış sayı: 860




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV