Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


İƏİT: Avrozona artıq resesiyadan çıxır
Ancaq arzuolunmaz hallar hələ də qalmaqdadır

Avrozona artıq resesiyadan çıxır, ancaq kövrək bank sektoru, güclü avro və işsizlik kimi arzuolunmaz hallar hələ də mövcuddur. “İqtisadi forum” jurnalının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məruzəsinə istinadən verdiyi məlumatına görə, 2010-cu ildə avrozonada iqtisadi artım 0,9% artacaq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 2010-cu il üzrə 30 üzv ölkənin iqtisadi artım proqnozunu artırıb. Çin ölkələrə resesiyadan çixmağa kömək edəcək.

İƏİT-nin baş katibi Abxel Qurria açıqlamasında bildirib ki, bərpa zəif olsa da başlayıb və bu xoş xəbərdir.

2010-cu ildə İƏİT ölkələrinin ÜDM-i 1,9%, avrozada isə 0,9% artacaq. Halbuki təşkilatın iyun ayında verdiyi proqnozda avrozonada staqnasiya, üzv-ölkələrdə isə 0,7% artım gözləyirdi.

Resesiyadan sürətli çıxış Çinlə və bu ölkədə güclü dövlət stimulları paketi ilə bağlıdır. Çində iqtisadi artım 10,2% olacaq. ABŞ-da inkişaf inkişaf etməkdə olan bazarların dirçəlişi və daxili tələbatın sabitləşməsi hesabına 2,5% olacaq.

İƏİT-nin gözləntisinə görə, 2010-cu ildə İspaniya, İslandiya, İrlandiya, Macarıstan, Polşa və Estoniyada resesiya qalacaqdır. Avropanın 2 ən böyük iqtisadiyyatına malik ölkəsində, Almaniya və Fransada artım eyni – 1,4% olacaq. 2009-cu ildə bu ölkələrdə iqtisadi eniş uyğun olaraq 4,9% və 2,3%  gözlənilir.

Təşkilat hesab edir ki, regionda işsizlik növbəti 2 ildə 10,9%-ə çatacaq. Avronun möhkəmlənməsi isə avrozonanın dirçəlişinə problem yaradır.

İƏİT Avropa Mərkəzi Bankına (AMB) 2010-cu ilə kimi uçot dərəcəsini aşağı səviyyədə  saxlamağı tövsiyə edib. Təşkilat hesab edir ki, AMB 2011-ci ilin sonuna uçot dərəcələrini 2%-ə kimi qaldıracaq.

İƏİT aparıcı sənaye ölkələri üçün iqtisadi artım proqnozunu 2010-cu il üçün 1,9%-ə, 2011-ci il üçün 2,5%-ə qaldırıb.


Tarix: 20 Noyabr 2009  |  Baxış sayı: 999




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV