Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Qızıla tələbat 34% azalıb
2009-cu ilin iyul-sentyabr aylarında qızıla tələbat 34% azalıb. Buna səbəb qızılın bahalaşmasına görə bu sahəyə investisiya axınının azalması və Hindistan və Yaxın Şərqdən olan zərgərlərin sifarişlərinin azalması olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dünya Qızıl Şurasının məruzəsində qeyd edilir.

Yüksək qiymətlər spekulyasiya halları və qızıl külçələrinin dövlətlər tərəfindən alınması ilə bağlı gözləntilər hesabına  qalmaqdadır.     

Hindistanın Mərkəzi Bankının noyabrda 200 ton qızıl alması nəcib metalın qiymətinin bahalaşmasına və bir unsiyanın qiymətinin $1,15 min həddini ötməsinə gətirib çıxardı. Bu özəl alıcıları qorxutdu, ancaq iri investorlar və mərkəzi banklar investisiya portfelini diversifikasiya etmək üçün qızıl almaqda davam edirlər.  

Cari ilin üçüncü rübündə Hindistanda qızıla olan tələbat 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 42% azalaraq 111,6 tona düşüb. Yaxın Şərqdə bu göstərici 34% azalaraq 69 ton təşkil edib. Çin, Honq Konq və Tayvanda tələbat ümumilikdə 10% artaraq 128,6 tona yüksəlib.
 
Dünyanın mərkəzi bankları III rübdə ümumilikdə 15 ton qızıl alıblar. Halbuki ötən ilin eyni dövründə onlar 13 ton metal satmışdılar.
Tarix: 20 Noyabr 2009  |  Baxış sayı: 930




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV