Bələdiyyələr pullarının yarısı ilə özlərini saxlayırlar
2009-cu ilin 9 ayında bələdiyyə orqanları cəmi xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. “İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinin statistik bülleteninə istinadən verdiyi məlumata görə, bu müddətdə büdcə xərcləri 49 milyonluq proqnoza qarşı 16,6 milyon manat icra olunub.
Bütün xərclərin yarısı, yəni 52,1%-i yerli özünüidarə orqanlarının saxlanmasına yönəldilib. Bu istiqamətdə 9 ayda 8,6 milyon manat xərclənib. Təhsilə 97,6 min, səhiyyəyə 18,7 min, sosial müdafiyəyə isə 587 min manat xərclənib. Bu xərclərin büdcə xərclərində payı uyğun olaraq 0,6%, 0,1% və 2,5% təşkil edib.
Mənzil-kommuna təsərrüfatına 3,7 milyon manat və ya bütün büdcənin 22,2%-i yönəldilib. Nəqliyyat və rabitə xərcləri isə 2,6 milyon manatdan çox olub. Büdcə xərclərinin 15,5%-i bu sferaya sərf olunub.