Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Rusiya 2010-cu ilin büdcəsini təsdiqlədi
Büdcənin yarısı neft-qaz hesabına formalaşacaq

Rusiyanın Dövlət Duması noyabrın 20-də 2010-cu il üzrə federal büdcəni və 2011-2012-ci illər üzrə proqnoz büdcəni təsdiq edib. “İqtisadi forum” jurnalı bu barədə RİA “Novosti” agentliyinə istinadən məlumat verir.

2010-cu ildə büdcə gəlirləri 6 trilyon 950 milyard rubl ($259 milyard), xərcləri isə 9 trilyon 886,9 milyard rubl ($343 milyard) proqnozlaşdırılıb. Federal büdcənin kəsiri 2,9 trilyon rubl ($101 milyard) və ya ÜDM-in 6,8%-i həddində olacaq.

Dövlət Duması 2011-2012-ci illər üzrə plan büdcəsini də təsdiq edib. Büdcə gəlirləri 2011-ci ildə 7 trilyon 455,7 milyard rubl ($259 milyard), 2012-ci ildə 8 trilyon 69,6 milyard rubl ($280 milyard) olacaq. Xərc isə həmin dövrdə müvafiq olaraq 9 trilyon 389,8 milyard rubl ($326 milyard) və 9 trilyon 681 rubl ($336 milyard) proqnozlaşdırılıb. Büdcə gəlirlərinin ÜDM-də payı 2010-cu ildə 16,1%, 2011-ci ildə 15,5%, 2012-ci ildə 15% olacaq. Büdcə xərclərinin ÜDM-də payı isə 2010-cu ildə 22,9%, 2011-ci ildə 19,5%, 2012-ci ildə 18% olacaq.

Büdcə kəsiri 2011-ci ildə 1,9 trilyon rubla ($66 milyard), 2012-ci ildə 1,6 trilyon rubla ($55,6 milyard) düşəcək. Büdcə kəsirinin ÜDM-də payı 2010-cu ildə 6,8%, 2011-ci ildə 4%, 2012-ci ildə 3% olacaq.

2010-cu ildə büdcə mədaxilinin 46%-i və ya 3,19 trilyon rublu ($110,8 milyard) neft-qaz gəlirləri hesabına formalaşacaq. Növbəti 2 ildə bu sektor üzrə daxilolmaların həcmi artsa da, gəlirlərdə xüsusi çəkisi azalacaq. Neft-qaz gəlirləri 2011-ci il büdcəsinin 44,3%-ni, 2012-ci il büdcəsinin isə 40,2%-ni formalaşdıracaq.

Büdcənin əsas parametrləri Urals markalı neftin orta illik qiyməti əsasında hesablanıb. 2010-cu il üçün Urals neftinin bir barelinin qiyməti 58 dollar götürülüb. Növbəti illər onun qiyməti artırılıb. 2011-ci ildə 59, 2012-ci ildə isə 60 dollardan hesablanacaq.

Proqnoza görə, 2010-cu ildə ÜDM 1,6%, 2011-ci ildə 3%, 2012-ci ildə isə 4,3% artacaq. Hökumət bu müddətdə inflyasiya səviyyəsini uyğun olaraq 9-10%, 8% və 7% həddində saxlamağı planlaşdırır.

Tarix: 21 Noyabr 2009  |  Baxış sayı: 1052




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV