Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
22.10.2019 02:04
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Yeni Zelandiya İsveçrədən etibarlı çıxdı
İsveçrə və Yaponiya dünyada dövlət istiqrazlarının on ən etibarlı emitentləri siyahısını tərk ediblər. Onların yerini isə Avstraliya və Yeni Zelandiya tutub. “İqtisadi forum” jurnalının məlumatına görə, Bloomberg agentliyi bu barədə Londonun Credit Market Analysis institutunun apardığı tədqiqata istinadən xəbəbr verir.  

Qiymətli kağızların emitenti kimi İsveçrənin defolt riski bu ay 8 baza bənd artıb.  Ötən rüb bu risk 26 baza bəndi azalmışdı. Yaponiyada risk defoltu noyabrda 8 bənd artıb. Üçüncü rübdə isə bu artım 12,5 bənd səviyyəsində olub. Eyni zamanda xammalın qiymətinin artımı Avstraliya və Yeni Zelandiyanın iqtisadiyyatının bərpasına zəmin yaradır ki, bu da onların investorlar üçün cəlbediciliyini artırır.

Avstraliya uçot dərəcələrinin artımına görə liderliyi əlində saxlayacaq. Çünki bu ölkədə ÜDM artımı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrin əksəriyyətinin inkişaf tempini ötüb keçəcək.

Yeni Zelandiyanın ÜDM-i sahibkarların və istehlakçıların iqtisadiyyata inamının artımı fonunda iyul-sentyabr aylarında növbəti dəfə artıb.

Hazırda Avstraliya və Yeni Zelandiyadan savayı siyahıya Belçika, Norveç, Fransa, Almaniya, Niderland, Finlandiya, ABŞ və Danimarka daxildir. Bu ölkələrin defolt ehtimalı öz öhdəlikləri üzrə kredit buraxan 63 ölkə arasında ən aşağıdır.

Ukrayna, Argentina, Venesuela, Latviya, İslandiya, Litva, Qazaxıstan, Livan və Rusiyanın dövlət istiqrazları investorlar üçün ən çox risk yaradan öhdəliklərdir. Livan və Rusiya ən çox riskli ölkələr siyahısından Rumıniya və Bolqarıstanı sıxışdırıb onları əvəz ediblər. Rumıniya və Bolqarıstanın dövlət istiqrazlarının cəlbediciliyi BVF tərəfindən yardımdan sonra artıb.

Bolqarıstanın kredit defolt svopları (credit default swap, CDS) üçüncü rübün yekunlarına əsasən 49% artmasına baxmayaraq Şərqi Avropa ölkələri arasında ən aşağı artım olub.


Tarix: 23 Noyabr 2009  |  Baxış sayı: 1083




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV