Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Sahibkarlarımız il ərzində vergiyə 376 saat sərf edir
Dünya Bankı “Paying taxes-2010” reytinq cədvəlini açıqlayıb

Azərbaycan 183 ölkə arasında vergilərin ödənişinin sadəliyinə görə 108-ci, vergi ödənişlərin sayına görə 76-cı, vergi ödəməyə sərf edilən vaxta görə 151-ci yeri tutub. “İqtisadi forum” jurnalı bu barədə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və “PriceWaterhouseCoopers” auditor şirkəti tərəfindən hazırlanmış “Paying taxes-2010” adlı reytinq cədvəlinə istinadən xəbər verir.   

Reytinqin hazırlanmasında əsasən 4 indikatordan istifadə edilib: vergi ödənişinin sadəliyi, vergi ödənişlərinin sayı, vergi ödənişinə sərf edilən vaxt və ümumi vergi dərəcəsi

Vergi ödənişinin sadəliyinə görə Azərbaycan 108-ci ölkə olub. Bu indikator üzrə Ermənistan 153-cü, Gürcüstan isə 64-cü yeri tutub.

Hesabata görə, Azərbaycanda il ərzində şirkətlər tərəfindən 22 dəfə vergi ödənilir. Bunların 1-i mənfəət vergisi, 12-si işçilərin gəlir vergisi, 9-u isə digər vergi növləridir. Bütün bu vergiləri ödəməyə sahibkarlar il ərzində 376 saat vaxt sərf edir. Mənfəət vergisinə 80 saat, gəlir vergisinə 134 saat, digər vergilərə isə 162 saat sərf edir. Vergi ödənişlərin sayına görə Azərbaycan 76-cı, vaxtın uzunluğuna görə isə 151-ci yerdədir.

Hesabata görə, dünyada vergi ödənilməsinin ən asan mümkün olduğu ölkə Maldiv adalarıdır. Qətər, Honq-Konq, BƏƏ, Sinqapur, İrlandiya, Səudiyyə Ərəbistanı, Oman, Yeni Zelandiya və Kiribati kimi ölkələr ilk onluğa daxildir.

Vergi ödəməyin ən çox əziyyətli olduğu ölkə Belorusdur. Bundan başqa Venesuela, Ukrayna, Konqo, Mətkəzi Afrika Respublikası, Özbəkistan, Boliviya, Qambiya, Mavritaniya və Yamayka şirkətlərin vergi ödəməsində böyük problemlər yarandığı ölkələrdir.

Maldivdə şirkətlər il ərzində cəmisi 1 dəfə vergi ödəyir və buna demək olar ki, vaxt da sərf etmirlər. Ancaq Belorusda 107 dəfə vergi ödəməli olurlar və bunun üçün il ərzində 900 saat vaxt sərf edirlər.

Tarix: 25 Noyabr 2009  |  Baxış sayı: 1255




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV