Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


8507 kitabxanamiz qalıb
Ölkə üzrə hər 1000, Bakıda isə 4200 nəfərə bir kitabxana düşür

Sentyabrın 1-nə ölkə üzrə 8507 sayda müxtəlif təyinatlı kitabxana fəaliyyət göstərir ki, bunların da 27,3%-i şəhər, 72,7%-i isə kənd yerlərində yerləşir. “İqtisadi forum” jurnalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.  

Statistik məlumata görə, şəhər yerlərində 2322, kənd yerlərində 6185 kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki və digər ixtisaslaşdırılmış kitabxana fəaliyyət göstərir.

Bütün kitabxanaların təxminən yarısı (50,7%) Təhsil Nazirliyinin tabeçiliyindədir. Bunların 48%-i ümumtəhsil, 2,7%-i isə ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin payına düşür.

Kitabxanaların 46,6%-i Mədəniyyət və Turizm Nazirliyinin (44,8%-i kütləvi kitabxanalarda, 1,8%-i musiqi məktəblərində), 2,7%-i isə digər müəssisələrin nəzdində fəaliyyət göstərir.

Ölkə üzrə kitabxanaların 23,4%-i Aran, 14,9%-i Gəncə-Qazax, 11,7%-i Lənkəran, 9%-i Şəki-Zaqatala, 8,4%-i Bakı şəhəri, 8,2%-i Quba-Xaçmaz, 7,1%-i Yuxarı Qarabağ, 5,8%-i Naxçıvan, 4,9%-i Dağlıq Şirvan, 4,5%-i Kəlbəcər-Laçın və 2,1%-i Abşeron iqtisadi rayonlarında yerləşir. Kitabxanaların 111 milyon nüsxədən ibarət olan fondunun 80,5%-ni kitablar, 5,4%-ni qəzet və jurnallar, 14,1%-ni isə digər materiallar təşkil edir ki, onların da 72,8%-i şəhər, 27,2%-i isə kənd yerlərində fəaliyyət göstərən kitabxanaların payına düşür.

Kitabxana fondunun 34,6%-i ümumtəhsil məktəblərində, 32,0%-i Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan kitabxanalarda, 21,4%-i elmi və elmi-texniki kitabxanalarda, 12%-i isə digər müəssisə və təşkilatların kitabxanalarındadır.

Kitabxanalarda olan fondun 65,5%-i azərbaycan, 31,1%-i rus, 2%-i ingilis dillərində, 1,4%-i digər dillərdədir.

Azərbaycan dilində olan ümumi fondun 71,9%-i latın, 28,1%-i isə kiril əlifbasındadır. Azərbaycan dilinin latın qrafikasında olan fondun xüsusi çəkisi şəhər yerlərində 81,6%, kənd yerlərində 56,8%-dir.

2009-cu ilin I yarısında kitabxanalara 4,8 milyon müraciət olunub, 53,4 milyon kitab və ya digər informasiya mənbələrindən istifadə edilib. Müraciətlərin 39,6%-i 18 yaşınadək uşaqlar tərəfindən olub. Kitabxanalardakı 1695 kompüterdən 94,2%-i şəhər, 5,8%-i isə kənd yerlərinin payına düşür.

Müayinənin nəticələrinə görə, mövcud kompüterlərin 56,5%-i istifadəçilər üçün, 43,5%-i isə kitabxana əməkdaşları üçündür. Kitabxanalarda mövcud olan kompüterlərin 705-i və ya 41,6%-i internetə qoşulmuş, 86 kitabxanada elektron poçt, 30 kitabxanada isə elektron kataloq mövcuddur.

İnternetə çıxışı, elektron poçtu və elektron kataloqu olan bütün kitabxanalar şəhər yerlərində yerləşir. Kitabxanaların ştatında olan 8727 nəfər mütəxəssisdən cəmi 3346 nəfəri və ya 38,3%-i kitabxana üzrə ali və orta ixtisas təhsili, 2579 nəfəri, yaxud 29,6%-i digər sahələr üzrə ali və orta ixtisas təhsili, 2802 nəfəri və ya 32,1%-i isə ümumi orta təhsili olan şəxslərdir.

Məlumat üçün bildirək ki, gələn il dövlət büdcəsindən kitabxanaların saxlanılmasına təxminən 24,7 milyon manat ayrılması planlaşdırılıb. Bu vəsaitin 0,8%-i Səhiyyə, 0,6%-i Təhsil, 84,4%-i Mədəniyyət və Turizm, 0,5%-i Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan kitabxanalara yönəldiləcək.

Tarix: 25 Noyabr 2009  |  Baxış sayı: 1397




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV