Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


FDIC: Problemli bankların sayı rekord həddə çatıb
Üçüncü rübdə Amerika banklarının xalis gəlirləri $2,8 milyard olub

Üçüncü rübün yekunlarına görə, ABŞ-da problemli bankların sayı son 16 ildə ən uüksək həddə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Depozitlərin Sığortalanması üzrə Federal Korporasiya (FDİC) açıqlama verib.

“Washington Post” qəzetinin yazdığına görə, 2009-cu ilin iyul-sentyabr aylarında kreditləşmənin həcminin azalması 1984-cü ildən bəri maksimal səviyyədə olub. Bu göstəricinin azalması artıq 5 rübdür davam edir.

Banklar üçüncü rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə $210,4 milyard (2,8%) az kredit verib. Azalma bütün kredit sferalarında –ipoteka kreditlərindən iri şirkətlərə verilən kreditlərə kimi müşahidə edilib. 

“Şübhə yoxdur ki, kreditə çıxış iqtisadiyyatın bərpası üçün vacibdir, – FDİC rəhbəri Şeyla Ber bildirib. – Bankların biznesə çoxlu kredit verməsi lazımdır”.

Məlumatlara görə, azalmış kreditlərin ¾-ü aktivlərin 56%-nin cəmləşdiyi və dövlətdən yardım alan iri bankların payına düşür

Problemli maliyyə-kredit müəssisələrinin sayı ötən rüb 552-yə, aktivlərinin həcmi isə $345,9 milyard təşkil edib. Halbuki ikinci rübün sonuna belə bankların sayı 416, aktivlərinin həcmi isə $299,8 milyard olub.

Cari ilin üçüncü rübündə Amerika banklarının xalis gəlirləri $2,8 milyard olub. İkinci rübdə isə bankların xalis zərəri isə $4,3 milyard təşkil edib.

Problemli bankların ləğv edilməsi tempi 17 ildə ən yüksək həddə çatıb. Requlyatorlar artıq 124 bankı bağlayıb ki, bunların 50-si üçüncü rübdə baş verib. İyul-sentyabr aylarında cəmisi 3 yeni bank yaradılıb. Bu isə İkinci Dünya Müharibəsindən sonra ən aşağı göstəricidir.

Tarix: 26 Noyabr 2009  |  Baxış sayı: 1105




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV