Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Monitorinqin nəticələri açıqlandı

İqtisadi Təşəbbüslərə Yardım Birliyi ötən il “Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış” Koalisiyasının təşkilati dəstəyi ilə “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın icrası vəziyyətinin monitorinqi aparıb. Bu barədə “İqtisadi forum” jurnalına İTYB-in sədri Azər Mehtiyev məlumat verib. Layihənin məqsədi barədə danışan A.Mehtiyev bildirib ki, Tədbirlər Proqramının icrası vəziyyətinin monitorinqi əsasında ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində atılan addımlar təhlil edilmiş, habelə Proqramın təkmilləşdirilməsi və ölkədə ana və uşaqların sağlamlığının qorunmasının gücləndirilməsi istiqamətində təklif və tövsiyələr hazırlanmışdır. 

Layihə çərçivəsində Tədbirlər Proqramının məzmununun qarşıya qoyulan hədəflərə uyğunluğunun qiymətləndirilməsi aparılıb, Proqramın icrası gedişinin monitorinqi aparılıb, ölkədə ana və uşaq ölümünün qeydiyyatı sahəsində mövcud problemlər araşdırılıb. Monitorinq zamanı Proqramın icrasının hüquqi bazası araşdırılıb, Proqramın icrasına məsul olan bir qrup şəxsdən (12 nəfər) müsahibələr götürülüb, habelə onların müxtəlif KİV-lərə müsahibələri araşdırılıb, hökumət qurumlarının hesabatları öyrənilib, informasiya sorğuları vasitəsilə məlumat toplanılıb və müşahidələr aparılıb.

Monitorinqin nəticələrinə əsasən, Tədbirlər Proqramı ana və uşaq sağlamlığının qorunmasının yalnız tibbi amillərinə yönəldilib: burada əsasən döğuşayardım müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və təkmillşdirilməsi, tibb işçilərinin peşəkarlığının artırılmasını nəzərdə tutan tədbirlər əks olunub. Proqram çərçivəsində icra olunan işlər də əsasən bunlardır: 7 Perinatal Mərkəzin tikilməsi, tibb müəssisələrinə doğuşayardım xidməti üzrə tibbi avadanlıqların verilməsi, şəbələrin təmiri və təchizatı, tibb işçilərinə təlim və seminarların keçirilməsi.

Azər Mehtiyev monitorinqin nəticələri barədə danışaraq vəziyyətin heç də ürəkaçan olmadığını bildirib. İqtisadçı ekspert, tədqiqat obyekti kimi götürülmüş illərdə xüsusilə uşaq ölümlərinin sayına görə Azərbaycanın arzuolunmayan mövqedə yer aldığını vurğulayıb. Qeyd edib ki, hətta qonşu Gürcüstan və Ermənistanla müqayisədə də ölkəmiz bu göstəricilər baxımından aşağı pillərərdə qərar tutub: “Belə ki, 2007-ci ildə 5 yaşına çatmamış uşaqlar arasında ölüm halları hər diri doğulmuş uşağa görə 39 nəfər olub. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri sırasında 77-ci yerdədir. Hansı ki, həmin sıralamaya əsasən Gürcüstan 88, Ermənistan isə 99-cu pillədədir (burada daha əvvəlki yerlərdə olmaq, nəticənin daha ağır olmasını ifadə edir). MDB ölkələrindən yalnız Türkmənistan, Özbəkistan və Tacikstanın göstəriciləri Azərbaycandan daha da pis nəticələri əks etdirir”. 1 yaşınadək körpələr arasında ölüm səviyyəsinə gəldikdə isə, A. Mehdiyev bu rəqəmin hər 1000 diri doğulmuş uşağa görə 34 nəfər təşkil etdiyini diqqətə çatdırıb: “Lakin Gürcüstanda bu göstərici 27, Ermənistanda isə 22 nəfər səviyyəsində olub”. İTYB sədri daha ciddi məqam kimi ölkəmizdə həm uşaq, həm də ana ölümü hallarının kifayət qədər ciddi qeydiyyata alınmadığını, daha doğrusu, qeydiyyatdan gizlədilmə hallarının çoxluq təşkil etdiyini deyib: “Bunun səbələrini daha çox səhiyyə müəssisələrində axtarmaq lazımdır. Belə ki, ana və uşaq ölümünün sayı artıq olan səhiyyə müəssisələrinin rəhbərləri işdən çıxarılacağı və ya başqa formada cəzalandırılacaqlarından ehtiyat edərək faktları gizlədir. Ölüm səbəbləri isə araşdırılmır, bütün hallarda günahı həkimlərdə görürlər və son nəticədə cəzalandırılanlar da həkimlər olur”

Sədrin fikrincə, tədqiqatlar göstərir ki, ölkədə ana və uşaq ölümü səviyyəsinin yüksək olması heç də yalnız tibbi amillərlə bağlı deyil, burada tibbdən kənar bir çox amillər - əhalinin maddi-sosial durumu, adət və ənənələr, gender problemi, insanların həyat tərzi, qida rasionu və qidalanma mədəniyyəti, əhalinin tibbi maariflənmə səviyyəsi, kommunal xidmətlərə çıxış, ətraf mühit və ekologiya və s. kimi - rol oynayır. Proqramda bu məsələlər üzrə atılacaq addımlar əks olunmayıb.

Məlumat üçün bildirək ki, 2006-2010-cu illəri əhatə edən bu Proqramın məqsədi ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasıdır. Proqramın əsas vəzifələri əhalinin reproduktiv sağlamlığının qorunmasının təşkilinin və təhlükəsiz analığın təmin edilməsi, mama-ginekoloji və pediatriya xidmətində çalışan tibbi kadrların hazırlanması və ixtisaslarının artırılması işinin yaxşılaşdırılması, respublika və rayonlararası perinatal mərkəzlərin təşkili, mama-ginekoloji və pediatriya xidməti göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onların müasir müalicə-diaqnostika avadanlıqları ilə təchiz edilməsindən və doğuşayardım müəssisələrinin dərman preparatları ilə təminatının yaxşılaşdırılmasından ibarətdir. 
Proqramın icrası üçün 2007-ci ilin dövlət büdcəsində 4,8 mln.manat (təqribən 5,6 mln. ABŞ dolları), 2008 və 2009-cu illərin dövlət büdcəsində isə 5,2 mln.manat (təqribən 6,3 mln. ABŞ dolları) məbləğində vəsait ayrılıb.

Təqdimatı burdan yükləyə bilərsiniz
Tarix: 20 May 2009  |  Baxış sayı: 1129




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV