Rusiya valyuta ehtiyatını diversivikasiya etməyə hazırlaşır
Valyuta ehtiyatının həcminə görə dünyanın üçüncü ən böyük dövləti olan Rusiya öz valyuta ehtiyatının strukturunda dəyişiklik etmək niyyətindədir. “İqtisadi forum” jurnalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Mərkəzi Bank valyuta ehtiyatının strukturuna Kanada dollarını də əlavə etməyi planlaşdırır.
Bu xəbər valyuta bazarlarında Kanada dolların bahalaşmasına, ABŞ dollarının isə son 15 ayda ən aşağı səviyyəyə düşməsinə səbəb oldu.
Maliyyə şərhçilərinin yazdığına görə, Amerika dollarına qarşı qiyamlar artıq yeni güc yığır. “Globe and Mail” agentliyinin məlumatına görə, Rusiya Mərkəzi Bankı valyuta səbətinə Kanada dollarını əlavə etməyi planlaşdırır. Bankın maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Serqey Şvesov Dövlət Dumasının pul-kredit üzrə Şurasında çıxışında bildirib ki, hazırda söhbət Kanada dollarının əlavə edilməsi ilə bağlı texniki hazırlıq işləri gedir və gələcəkdə bu siyahıya bir-iki valyuta da əlavə oluna bilər.
Bir sıra ölkələrin mərkəzi bankların son zamanlar Kanada dollarına marağının artması Kanadanın möhkəm maliyyə vəziyyətinə malik olması və onun milli valyutasının iqtisadiyyatın xammal sektoruna əsaslanması ilə əlaqədardır. Rusiyadan savayı Çin və İndoneziya da valyuta ehtiyatını diversivikasiya etmək istəyir.
Kanada dollarının payına sutkalıq qlobal valyuta dövriyyəsinin 4,2%-i düşür. Nəşrin yazdığına görə, mərkəzi bankların bu addımı Kanadanın valyutası və iqtisadiyyatı üçün qorxulu situasiya yarada bilər. Asiyada investisiya bankının analitiki Ken Kurtisin fikrincə, mərkəzi banklar $7 trilyonluq ehtiyatlarının heç olmazsa 3%-ni ($200 milyard) Kanada dollarına dəyişsələr, Kanadanın valyutası həddindən çox “qızacaq” və “atom reaktoruna qoşulmuş fənər lampasına bənzəyəcək”
Kanadanın Kral bankının Avropa bölməsinin eksperti Adam Koul hesab edir ki, hazırda mərkəzi bankların Amerika dollarından xammal ixracına əsaslanan valyutaya üz tutması adi haldır.
Rusiyanın valyuta ehtiyatının təxminən 55%-ni dollar təşkil edir. Yerdə qalan hissə avro, Britaniya funtu və Yaponiya iyenasından ibarətdir. |