Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
22.10.2019 02:04
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Yuan sabit qalacaq
Avropanın sonuncu ümidləri puça çıxdı

Çin öz milli valyutasını avro və digər valyutalara nisbətdə möhkəmlənməsinə imkan verməlidir. Çünki bu, həm onun özünün, həm də dünya iqtisadiyyatının maraqlarına cavab verir. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 30-da keçirilən AB-Çin sammiti zamanı avropalı məmurlar bu fikri səsləndiriblər.

“Biz hesab edirik ki, yuanın sistemli və tədricən bahalaşması Çinin və dünya iqtisadiyyatının maraqlarına xidmət edəcək”, - deyə Lüksemburqun baş naziri, Avroqrupun rəhbəri Jan-Klod Yunker açıqlama verib.

Avropa Mərkəzi bankının rəhbəri Jan-Klod Trişe də həmkarını dəstəkləyərək bildirib ki, “yuanın revalvasiyası bütün hallarda əhəmiyyətli olacaq: istər ikitərəfli, çoxtərəfli münasibətlərdə, istərsə də Çin hökumətinin mövqeyi baxımından”

Ucuz yuan Çin ixracı üçün böyük üstünlüklər verir. Eyni zamanda yuanın revalvasiyası Çin vətəndaşlarının alıcılıq qabiliyyətlərini artırır və daxili tələbata müsbət təsir göstərir.

Çinin Dövlət katibi Ven Çzyabao açıqlamasında bildirib ki, ölkəsi yuanın kursunu sabit saxlayacaq və bu, dünya maliyyə sabitliyi üçün töhfə olacaq.
“Çin qlobal miqyasda maliyyə sabitliyinə və iqtisadi inkişafa töhfə verməkdən çox yuanın stabil mübadilə kursunu saxlamağa üstünlük verir” – dövlət katibi avropalı qonaqlarla görüşündə bildirib.

Çzyabao qeyd edib ki, Çin dünyanın əsas ehtiyat valyutalarının da stabil qalacağına ümid edir. Hökumətin rəhbəri təsdiq edib ki, “Çin yumşaq və nəzarət olunan və yuanın kursunun sərbəst müəyyənləşməsinə yönəlik siyasətini davam etdirəcək.”

Çin 2005-ci ildən valyuta islahatlarına başlayıb. Hökumət milli valyutanın mübadilə kursunun dolların kursundan asılılığını aradan qaldırıb və idarə olunan üzən kurs tətbiq etməklə valyuta səbətinə bağlamasını elan edib. 3 il ərzində yuan dollara nisbətdə 20% möhkəmlənib. Ancaq dünya böhranına baxmayaraq hökumət öz ixracını qorumaq üçün bu prosesi saxlayıb.

Ötən ilin ortalarında hökumət yenidən yuanın dollara bağlılığını bərpa edib. Bundan sonra Amerika dollarının əsas valyutalara, xüsusən də avro və iyenaya nisbətən ucuzlaşması yuanın da ucuzlaşmasını şərtləndirib. İlin əvvəlindən Çinin milli valyutası avroya nisbətən 5,33%, ötən ilin noyabrı ilə müqayisədə isə 15,59% ucuzlaşıb.

AB nümayəndələrinin fikrincə, yuan süni şəkildə ucuzlaşdırılıb. Bu isə Avropa mallarının Çinə ixracının bahalaşmasına, Çin mallarının isə Avropa Birliyinə ixracının ucuzlaşmasına gətirib çıxarır. Bu baxımdan qonaqlar hökuməti milli valyutanı möhkəmləndirməyə çağırıb.

Tarix: 01 Dekabr 2009  |  Baxış sayı: 1004




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV