Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Uşaqların “dəyəri“
Ailələr uşaqlara orta hesabla $1 milyon xərcləyir

McCrindle Research şirkəti ailədə uşaqların doğulandan həddi-buluğa çatanadək valideynlərin çəkdikləri xərcləri hesablamaq üçün tədqiqat aparıb. “İqtisadi forum” jurnalı Reuters agentliyinə istinadən verdiyi məlumata görə, tədqiqat 1995-ci ildən sonra doğulan uşaqlar arasında aparılıb.

Tədqiqatın müəllifi olan Mark Makrindl hesab edir ki, uşaqların 18 yaşına çatanadək valideynlərinin orta hesabla 384,5 min dollar xərc çəkməsi ilə bağlı Avstraliya hökumətinin qiymətləndirmələri düz deyil. Çünki onlar bu xərclərə özəl təhsil almağı, məzuniyyəti və digər xərcləri daxil etməyiblər. Makrindlin fikrincə, indiki valideynlər öz valideynlərinin xərci ilə müqayisədə övladlarına daha çox pul sərf etməlidirlər. Hazırkı nəsil yeniyetmələr çox maliyyə vəsaiti tələb edir.

Adətən hesab edilir ki, uşaqlar 18 yaşına çatan kimi valideyn evini tərk edir. Ancaq indi vəziyyət bir qədər fərqlidir. Çünki heç də bütün gənclər öz xərclərini (məsələn, evin kirayəsi) ödəyə bilmir.

“İndi avstraliyalı ailələrdə gənclərin bir çoxu valideynləri ilə yaşayırlar və hətta 20 yaşdan sonra da onlardan maddi cəhətdən asılı qalırlar. Uşaqlara valideyn qayğısı dövrü 24 yaşa kimi uzanır, onlara çəkilən xərclər isə hər bir ailədə orta hesabla 834 min dollara kimi artır”, - McCrindle Research şirkətinin hesabatında qeyd edilir.

Hesabata görə, orta hesabla bir uşağa ildə oyuncaqların alınmasına, səyahətə, yeməyə, əyləncəyə, repetitorluğa, idmana, mebelə və digər sahələrə əlavə olaraq 3 min dollar xərclənir. Nəticədə orta uşaq sayına malik Avstraliya ailəsində valideynlərin bütün xərcləri 1,028 milyon dollara çatır

Bir qədər əvvəl İsveç iqtisadçıları da “uşaqların dəyərini” ölçüblər. Onların hesablamalarına görə, doğulandan buraxılış imtahanına qədər (19 yaşa) olan dövrdə hər bir uşağa orta hesabla 1 milyon İsveç kronu ($150 min) xərclənməsi lazımdır. İki uşağın xərci 1,8 milyon kron ($270 min) təşkil edir.

Tarix: 02 Dekabr 2009  |  Baxış sayı: 1106




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV