Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Hökumətin büdcə gizlinləri
Dövlət büdcəsi ətrafında baş verənlər haqda maraqlı faktlar aşkarlanıb

«2008-ci ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirəsi başa çatıb. Layihə ilə bağlı diskussiyalar zamanı bir sıra maraqlı məqamlar ortaya çıxıb. Belə ki, Hesablama Palatasının sədri Heydər Əsədov 9 iri vergi ödəyicisinin əvvəlki illərdə olduğu kimi keçən il də öhdəliklərini yerinə yetirə bilmədiyini, nəticədə büdcəyə borcların artdığını deyib.
Eyni zamanda bildirib ki, Maliyyə Nazirliyində ilkin maliyyə nəzarətinin xeyli artırılmasına baxmayaraq, dövlət qurumlarında büdcə vəsaitlərindən səmərəsiz istifadə halları müşahidə edilib. Bəzi nazirliklər büdcə dürüstləşdirilərkən onlara ayrılan vəsaitlərin artırılması təklifi ilə çıxış etsələr də, il ərzində nəinki ayrılan əlavə vəsaitləri, heç əvvəlki pulu da xərcləyə bilməyiblər. Bundan əlavə, dövlət proqramlarının icrasında da müəyyən nöqsanlar aşkarlanıb. Palata sədri açıq şəkildə deyib ki, dövlət zəmanəti ilə alınan bəzi kreditlər qaytarılmadığından Maliyyə Nazirliyinə əlavə yük olub. Kreditlər uzun müddətdir büdcədən asılı vəziyyətdə qalıb.
Müvafiq komitənin sədri Ziyad Səmədzadə də çıxışında maliyyə intizamını pozan, büdcə hazırlanarkən şişirdilmiş rəqəmlər verən dövlət təşkilatlarının olduğunu söyləyib. O, vəziyyətin düzəlməyəcəyi halda həmin təşkilatların adlarını açıqlayacaqlarını istisna etməyib.
Bu arada ekspertlərin rəyinə görə, 2008-ci ilin büdcəsinin icrasında bir çox problemlər var ki, hökumət onların üzərindən sükutla ötməyə çalışır. Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü Vahid Əhmədov isə hesab edir ki, qlobal maliyyə böhranı Azərbaycana təsir göstərsə də 2008-ci ilin büdcəsinin icrası qənaətbəxş sayılır: «Müəyyən problemlər var. Amma ümumi götürəndə büdcənin həm gəlir, həm də xərc hissəsi yerinə yetirilib».
Vergi ödəyiciləri ilə bağlı müəyyən problemlərin olduğunu vurğulayan V.Əhmədov kreditlərin vaxtında qaytarılmaması məsələsinə də toxundu: «Uzun müddətdir qalan kreditlərin silinməsi, ipoteka kreditləşməsi və digər məsələlərlə əlaqədar maliyyə naziri Samir Şərifov tərəfindən izahat verildi. Lakin 2008-ci ilin büdcəsində bəzi problemlər olub. Real vəziyyəti nəzərə almaq lazımdır».
Millət vəkili bildirir ki, Hesablama Palatasının bir müddət əvvəl açıqlanan hesabatında da büdcə təşkilatları ilə əlaqədar çox ciddi məqamlar var idi: «Həm 2007-ci ilin, həm 2008-ci ilin büdcə hesabatında Hesablama Palatası bir sıra nöqsanlar üzə çıxarmışdı. Palata bu istiqamətdə yoxlamaları ciddi aparır. Buna müvafiq tədbirlər də görülür. Hətta bir sıra təşkilatlar büdcə qarşısında öhdəliklərini yerinə yetirməyə məcbur edilir. Yəni büdcədən yayınmanın qarşısı alınmağa çalışılır. Bəli, hesablamalarda müəyyən nöqsanlar aşkarlanıb. Bunlar da yoxlamalar nəticəsində müəyyən qədər aradan götürülür. Büdcə ilə əlaqədar ən vacib məsələ büdcəyə nəzarət mexanizminin işlənib hazırlanaraq təkmilləşdirilməsidir. Düzdür, bu yaxınlarda dövlət başçısının sərəncamı oldu və Maliyyə Nazirliyinin yeni strukturunu təsdiqlədi. O cümlədən nəzarət kimi departament yaratdılar. Maliyyə naziri ötən gün də məlumat verdi ki, bu departament formalaşmaqdadır. Bütün hallarda Hesablama Palatası nəzarəti gücləndirməlidir. Çünki büdcənin xərc hissəsində qeyd etdiyim kimi müəyyən yayınmalar var. Bunun qarşısını almaq lazımdır».
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev bildirir ki, hökumətin parlamentə təqdim etdiyi büdcə hesabatında proqnoz kimi göstərilən məlumatlar heç də 2008-ci ilin 2 may tarixində ölkə prezidenti tərəfindən təsdiqlənən 2008-ci ilin büdcəsinə dəyişikliklər haqda qanunda əksini tapan proqnoz göstəricilərlə üst-üstə düşmür: «Məsələn, 2008-ci ilin may ayında dürüstləşdirilmiş büdcədə proqnoz kimi ümumdövlət xidməti xərcləri 805,6 milyon manat təsdiqlənibsə, son sənəddə bu proqnoz 735,6 milyon manatdır. Yaxud elm xərcləri birinci variantda 71,6 milyon göstərildiyi halda hesabat büdcəsində  həmin proqnoz 66,6 milyon manat kimi göstərilib. Dürüstləşmiş büdcədəki dövlət borcuna xidmət xərcləri üzrə proqnoz  218 milyon manatdan 153 milyon manata, məhkəmə hakimiyyətinin, hüquq-mühafizə, prokurorluq orqanlarının saxlanması xərcləri 589 milyon manatdan 566 milyon manata, iqtisadi fəaliyyət xərcləri  322,5 milyon manatdan 146 milyon manata endirilib. Bir xərc maddəsi üzrə qanunla təsdiqlənən proqnozun 2,5 dəfə azaldılmasının hüquqiliyinə parlamentdə mütləq qiymət verilməlidir».
İqtisadçının sözlərinə görə, əsas bölmələrə aid edilməyən xidmət xərclərinin qanunla təsdiqlənmiş proqnozu isə 658,8 milyon manat olduğu halda müvafiq icra hakimiyyəti orqanları büdcənin icrası gedişində həmin proqnozları dəyişiblər: «Faktiki bu bölmə üzrə xərcləri 300 milyon manata qədər artıraraq 658,8 milyon manatdan 951,9 milyon manata çatdırıblar. Yəni bu şəkildə büdcə proqnozlarına çox ciddi dəyişikliklər edilib. Başqa bir tərəfdən Nazirlər Kabinetinin ehtiyat fondu qanunla 120 milyon manat təsdiqlənmişdisə, büdcənin icrası gedişində bu proqnoz 444,5 milyon manat səviyyəsinə çatdırılmaqla 3,5 dəfə artırılıb».
O ki qaldı hökumətin ölkə prezidentinin və parlamentin təsdiqlədiyi büdcə proqnozlarını dəyişməklə bağlı nə dərəcədə səlahiyyətli olmasına, R.Ağayevin sözlərinə görə, «Büdcə sistemi haqqında» Qanunun 18.4-cü maddəsində göstərilib ki, zərurət yarandıqda təsdiq olunmuş büdcə ayırmaları həddində, funksional təsnifatın bölmələri daxilində dəyişikliklər aparıla bilər: «Bu dəyişiklik «Büdcə sistemi haqqında» Qanuna son dövrlər əlavə edilib. Digər tərəfdən, qanunda ümumiyyətlə qeyd edilmir ki, «zərurət yarandığı hal» dedikdə nə başa düşülür? Burada üçüncü qeyri-müəyyən məsələ «funksional təsnifatın bölmələri daxilində» ifadəsidir. Bilinmir ki, bölmələrin öz daxilində dəyişikliklərdən, yoxsa funksional təsnifatın ayrı-ayrı bölmələri arasındakı dəyişikliklərdən söhbət gedir. Bütün hallarda hesab edirik ki, parlamentin təsdiq etdiyi, ölkə prezidentinin imzaladığı qanuna müvafiq icra hakimiyyəti orqanının dəyişiklik aparması yolverilməzdir. Onda belə çıxır ki, parlamentdə təsdiqlənən istənilən qanunu müvafiq icra hakimiyyəti orqanları istədikləri vaxt dəyişə bilərlər".
R.Ağayevin fikrincə, qanuna dəyişiklik yalnız parlament vasitəsilə həyata keçirilə bilər: ««Büdcə sistemi haqqında» Qanunun 16-cı maddəsi  qanunla təsdiqlənən büdcə göstəricilərinin siyahısını müəyyənləşdirir. Həmin maddənin 16.1 6-cı bəndində yazılır ki, funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği qanunla təsdiqlənir. Bu o deməkdir ki, təsdiqlənən proqnozları məhz qanunla dəyişmək mümkündür. Nəhayət, hökumətə büdcənin icrası gedişində xərclərin az və ya artıq icra olunmasına hüquqi qadağa qoyulmur. Faktiki xərclər dəyişə bilər. Amma proqnozların qanunla təsdiqlənən variantı mütləq saxlanmalıdır ki, hökumətin büdcəni necə icra etməsi aydın görünsün. Əks halda, büdcəni hökumət elə özü təsdiqləsin, icra prosesində də istədiyi dəyişiklikləri aparsın. Proqnozları parlamentsiz dəyişməyə qanun imkan verirdisə, onda niyə axır 4 ildə may ayında dürüstləşdirilmiş büdcə haqda qanunlar Milli Məclisə təqdim olunurdu?»
«Büdcə sistemi haqqında» Qanunun 23-cü maddəsinin büdcəyə sekvestr tətbiq edilməsi məsələsinə baxdığını vurğulayan R.Ağayev deyir ki, qanuna əsasən ilin birinci rübü ərzində faktiki daxilolmalar proqnoz göstəricilərdən az olarsa, bu, Milli Məclisin komissiyalarında müzakirə edilir: «Əgər ilin birinci yarısında faktiki gəlirlər proqnozlaşdırılan gəlirlərdən 30 faiz az olursa, artıq bu parlamentin iclasında müzakirəyə çıxarılır. Göründüyü kimi, kənarlaşmaların Milli Məclisin nəzarəti altında və iştirakçılığı ilə dəyişdirilməsindən söhbət gedir. Amma yuxarıda qeyd olunan faktlardan aydın görünür ki, parlamentlə razılaşdırma olmadan büdcənin təsdiqlənmiş göstəricilərini icra hakimiyyəti orqanları dəyişiblər.
Yeri gəlmişkən, 2009-cu ilin büdcəsinə də dəyişikliklər gözlənilirdi. Əldə etdiyimiz məlumatlara görə, cari ilin büdcəsi qanun şəklində parlamentə çıxarılmaya bilər. 2008-ci ilin timsalında artıq  presedent yaranıb - büdcənin xərc və gəlirlərinin ümumi məbləği dəyişdirilmədən il boyu icra prosesində ayrı-ayrı funksional bölmələr arasında hökumət dəyişikliklərə apara bilər. Fikrimcə, bunun parlamentin büdcə ilə bağlı səlahiyyətlərinin icra hakimiyyəti orqanı tərəfindən mənimsənilməsinə şərait yaradıb-yaratmaması araşdırılmalıdır».

Leyla ƏLİYEVA
"Yeni Musavat" qəzeti
22.05.2009

 
Tarix: 22 May 2009  |  Baxış sayı: 1156




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV