2009-cu ilin 10 ayında Azərbaycan ticarət sahəsində 136 ölkə ilə 16,5 milyard dollar məbləğində idxal-ixrac əməliyyatları aparıb. “İqtisadi forum” jurnalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Xarici ticarət dövriyyəsinin $11,5 milyardını ixrac, $5 milyardını isə idxal məhsulları təşkil edib. Xarici ticarət dövriyyəsində $6,5 milyardlıq müsbət saldo yaranıb.
İxrac-idxal əməliyyatlarının 53%-i Avropa, 32,7%-i Asiya, 13,1%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb.
Xarici ticarət əməliyyatlarının 18,6%-i İtaliya, 9,5%-i ABŞ, 9,2%-i Rusiya Federasiyası, 6,8%-i Fransa, 5,5%-i İsrail, 4,9%-i Türkiyə, 4.2%-i Tayvan (Çinin əyaləti), 3.3%-i Almaniya, 2.9%-i Çin, 2.9%-i Ukrayna, 2.7%-i Kanada, 2,6%-i İndoneziya, 2.6%-i Böyük Britaniya, 2,6%-i Malayziya, 2.3%-i Gürcüstan, qalan 19.4%-i digər dövlətlərlə aparılıb.