Oktyabr ayında ölkə üzrə 19 bankomat, 38 POS terminal quraşdırıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında verdiyi məlumata görə, bununla da bankomatların sayı 1657-yə, POS terminalların sayı isə 8567-yə çatıb.
Yeni bankomatların 7-si Bakıda, 12-si regionlarda quraşdırılıb. Noyabrın 1-i tarixinə bütün bankomatların 935-i paytaxtda, 722-si Azərbaycanın digər regionlarında paylaşdırılıb. Ölkə üzrə işləyən bankomatların 56%-i Bakının, 44%-i isə regionların payına düşür.
Oktyabr ayında paytaxtda 45, regionlarda 3 POS terminal quraşdırılıb. Bütün terminalların 7782-si Bakıda yerləşdirilib. Regionlardakı terminalların sayı isə 785-dir. Ölkə üzrə işləyən terminalların 91%-i Bakının, 9%-i regionların payına düşür.
POS terminalların 91%-i və ya 7795-i pərakəndə ticarət, ictimai iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Onların 94%-i və ya 7361-i Bakının payına düşür.