Mərkəzi Bankın valyuta ehtiyatı noyabrda 1,7% artıb
İl ərzində isə $956 milyon azalıb
2009-cu ilin noyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatının həcmi əvvəlki ayla müqayisədə 1,7 % artaraq 5 milyard 181,1 milyon dollara yüksəlib. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən məlumat verir.
Məlumata görə, 30 noyabr 2009-cu il tarixinə Bankın valyuta ehtiyatı 5 milyard 181,1 milyon ABŞ dolları təşkil edib. Bu, oktyabra nisbətən 88,2 milyon dollar və ya 1,7% çoxdur. Ötən ilin müvafiq dövrü ilə ($5348,6 milyon) müqayisədə ehtiyat 167,5 milyon dollar və ya 3,2% azalıb.
Mərkəzi Bankın valyuta ehtiyatı son 11 ayda 15,6% azalıb. Belə ki, 31 dekabr 2008-ci ildə vayuta ehtiyatı 6137 milyon dollar təşkil edib ki, bu da indiki göstəricidən 955,9 milyon dollar çoxdur.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatı 2008-ci ilin dekabrın 31-də ən yüksək həddə - 6137 milyon dollar təşkil edib. Bankın valyuta ehtiyatı 2009-cu ildə iyul ayında ən aşağı həddə - 4 milyard 787 milyon dollara düşüb.