Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Dollar ucuzlaşmaqda davam edəcək
ABŞ-da əmək bazarında müsbət məlumatların açıqlanması dünya fond birjalarının kəskin artımı və dolların bahalaşması ilə müşayiət olundu. Dollar avroya nisbətən 2,5% bahalaşmaqla ilin əvvəlindən ən yüksək artım nümayiş etdirdi. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ekspertlər bunu müvəqqəti hal sayır.

Ekspertlərin fikrincə, dolların bahalaşması müvəqqətidir və valyuta yenidən ucuzlaşacaq. Onların sözlərinə görə, ABŞ-da uçot dərəcələrinin aşağı olması dolların ucuzlaşmasına təsir göstərən əsas amildir.

Treyderlər və bazar iştirakçıları hesab edirlər ki, Amerika valyutasının artımı çox çəkməyəcək. “Dolların dünyanın aparıcı valyutalarına nisbətən düşməkdə davam edəcək” - Putnam Investments şirkətinin baş meneceri Pareş Upadxiya bildirib.  Onun sözlərinə görə, Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini qaldırmayacaq və bu, dollara mənfi təsir göstərəcək.

RBS Global Banking and Markets şirkətinin aparıcı valyuta strateqi Alan Paskin bu fikirlə razıdır. Onun sözlərinə görə, FES-in gələn ilin ortalarına kimi uçot dərəcəsini qaldırmaq ehtimalı çox azdır. “Hətta bu baş versə belə, ABŞ-da dərəcələrin sürətli artımını gözləməyə dəyməz” – ekspert əlavə edib.

Westpac şirkətinin aparıcı valyuta strateqi Riçard Franuloviç öz növbəsində hesab edir ki, uçot dərəcələri tezliklə böhrandan əvvəlki 5% həddində çatmayacaq. Onun fikrincə, yaxın zamanlarda dolların dünyanın aparıcı valyutalarına nisbətən ucuzlaşması davam edəcək.

ABŞ-da aşağı uçot dərəcəsi ilə yanaşı dolların kursuna mənfi təsir göstərən digər amillər də mövcuddur. Barclays Capital bankının Şimali Amerika üzrə bölməsinin aparıcı valyuta strateqi Stiven İnqlander hesab edir ki, dünyanın aparıcı mərkəzi bankları böyük həcmdə dollar yığıb və indi onlar öz ehtiyatlarını tədricən diversifikasiya etmək niyyətindədirlər.

Məsələn, Çin və Hindistan ötən həftənin sonu valyuta ehtiyatlarını diversifikasiya etmək barədə açıqlama veriblər. Halbuki dollar onlar üçün əsas valyuta olaraq qalmaqdadır. Bununla yanaşı ekspertlər əlavə edirlər ki, son zamanlar investorlar Amerika aktivlərindən də yaxşısına üstünlük verməyə başlayıblar. “ABŞ-ın özəl sektorundan kapitalın axınını müşahidə etmək olar. Təbii ki, bu da dolların xeyrinə işləmir”, - deyə ekspert əlavə edib. 

Tarix: 10 Dekabr 2009  |  Baxış sayı: 995




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV