Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Manat əmanətləri artıb
Xarici valyuta əmanətləri isə azalıb

Oktyabrda əhali tərəfindən ölkə banklarına yatırılan əmanətlərin ümumi həcmi artsa da, xarici valyuta üzrə əmanətlərin həcmində azalma müşahidə edilib. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın statistik məlumatlarına əsasən məlumat verir.

2009-cu ilin noyabr ayının 1-i tarixinə əmanətlərin ümumi həcmi 2 milyard 125,7 milyon manat olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4% çoxdur. Son 10 ayda isə əmanətlərin həcmi 220,5 milyon manat vəya 11,6% azalıb.

Oktyabrda əhali əmanətlərinin həcmi əvvəlki ayla müqayisədə 4,9 milyon manat artıb. Belə ki, sentyabr ayında əhali tərəfindən ölkə banklarına yerləşdirilən əmanətlərin həcmi 2120,8 milyon manat olduğu halda, oktyabrda artaraq 2125,7 milyon manata çatıb.

Əmanətlərin 825 milyonu manatla, 1300,7 milyonu isə xarici valyutada yatırılıb. Sentyabr ayı ilə müqayisədə əhali milli valyuta ilə əmanət qoyuluşu 18,9 milyon manat artıb. Bununla da manatın ümumi əmanətlərdə xüsusi çəkisi sentyabr ayındakı 38%-dən oktyabrda 38,8%-ə qalxıb.

Manatın strukturuna diqqət yetirdikdə məlum olur ki, bu artım müddətli əmanətlər hesabına baş verib. Belə ki, müddətli əmanətlərin həcmi 25,2 milyon manat artaraq 515,8 milyondan 541 milyon manata yüksəlib. Halbuki tələb olunanadək qoyulan əmanətlər 6,3 milyon azalıb.

Oktyabrda xarici valyuta ilə əmanət qoyuluşu sentyabr ayı ilə müqayisədə 14 milyon manat azalıb. Bu müddətdə xarici valyuta əmanətləri 1 milyard 314,7 milyondan 1 milyard 300,7 milyon manata düşüb. Müddətli əmanətlərin həcmi 15,8 milyon azalaraq 1 milyard 153,7 milyon manata düşüb. Tələb olunanadək qoyulan əmanətlərin həcmi isə 1,8 milyon manat artıb.

Tarix: 10 Dekabr 2009  |  Baxış sayı: 1025




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV