Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Büdcənin müdafiə olunan xərclərinə toxunulmayacaq
Maliyyə Nazirliyi əmin edir  

2009-cu ilin dövlət büdcəsinin gəlir və xərclərinin icrasının 81-83% həddində gözlənilməsinə baxmayaraq büdcənin müdafiə olunan xərc maddələri ixtisar olunmayacaq. Milli Büdcə Qrupunun (MBQ) üzvü, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev “İqtisadi forum” jurnalına verdiyi məlumata görə, bu barədə Maliyyə nazirliyi rəsmi məktub göndərib.

Mehtiyevə görə, hökumətin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi zərfi”ndə 2009-cu il dövlət büdcəsi xərclərinin bütün istiqamətlər üzrə gözlənilən icrasının təqribən 81% olacağı göstərilib. Həmin məlumatlardan belə məlum olur ki, cari ildə əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, habelə dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər üzrə icra da təqribən 81,1% səviyyəsində gözlənilir. Halbuki “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qeyd olunan bu xərclər müdafiə olunan xərc maddələrinə aiddir və bunlara sekvestr tətbiq olunmur.

Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirilməsi üçün MBQ Maliyyə Nazirliyinə informasiya sorğusu ilə müraciət edib. Büdcə şöbəsinin müdiri F.Fərəcovun imzası ilə Maliyyə nazirliyindən daxil olmuş cavab məktubunda ixtisarın müdafiə olunan xərclərə tətbiq olunmayacağı bildirilir.

Cavab məktubunda qeyd edilib ki, “xarici və daxili amillər nəzərə alinmaqla 2009-cu il dövlət büdcəsinin tərtibinə ehtiyatlı yanaşılmış və 2009-cu il dövlət büdcəsində əmək haqqı və pensiya təminatı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər üçün ehtiyat vəsaitlər nəzərdə tutulmuşdur”. 

A.Mehtiyev sözlərinə görə, məktubda hökumətin büdcə vəsaitlərinin xərclənməsində qənaət rejimini tətbiq edilməsi göstərilir: “Dünya iqtisadiyyatında tənəzzülün, maliyyə və iqtisadi böhranın daha da genişlənməsi nəticəsində Azərbaycan iqtisadiyyatında yarana biləcək təhlükənin qarşısının alınması üçün Hökümət tərəfindən bir sıra qabaqlayıcı tədbirlər və ssenarilər işlənib hazirlanmış, o cümlədən 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 1597,7 mln.manatı konkret layihələr üzrə bölüşdürülməyərək ehtiyatda saxlanılmış, müdafiə olunan xərc maddələri istisna olmaqla, dövlət büdcəsinin digər xərc maddələri üzrə 75,2 mln.manat vəsaitə qənaət reyimi tətbiq edilmişdir. Bu tədbirin tətbiqi 2009-cu ildə davam edən iqtisadi böhranın təsirinin neytrallaşdırılmasında ciddi iqtisadi alətə çevrilmışdir.

Yuxarıda qeyd olunanlar da nəzərə alınmaqla 2009-cu ilin dövlət büdcəsinin gəlir və xərclərinin 81-83 faiz həcmində icrası gözlənilir”.

A.Mehtiyev vurğulayıb ki, Maliyyə nazirliyi cavabında müdafiə olunan xərclərin tam icrasına təminat verib. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 2009-cu il dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmalar çərçivəsində vəsaitlər ilk növbədə, müdafiə olunan xərc maddələrinin maliyyələşdirilməsinə yönəldilmiş, digər xərc maddələri üzrə xərclər isə dövlət büdcəsinin gəlirləri və kəsirinin məliyyələşmə mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq, müvafiq büdcə təşkilatlarının sifarişləri əsasında maliyyələşdirilmişdir.

Eyni zamanda bildiridik ki, 2009-cu il dövlət büdcəsi xərclərinin yalnız 4025,1 mln.manatını və ya 32,6 faizini müdafiə olunan xərc maddələri təşkil edir. Göründüyü kimi, 2009-cu il dövlət büdcəsinin xərcləri 81-83 faiz həddində icra olunsa belə, mövcud qanunvericiliyə uyğun olaraq müdafiə olunan xərc maddələrinin normal icrası üçün problem yaranmayacaq.

Bütövlüklə cari ildən ötən dövr ərzində dövlət büdcəsində nəzərdə tutulan müdafiə olunan xərc maddələrinin və sosial tədbirlərin maliyyələşdirilməsi normal həyata keçirilməklə borc öhdəliyi yaranmamışdır və ilin sonunadək də yaranması gözlənilmir. 2009-cu ildə büdcə təşkilatlarının faktiki tələbatlarına uyğun olaraq onların normal fəaliyyəti üçün lazımi məbləğdə vəsait yönəldiləcək, o cümlədən müdafiə olunan xərclərinin icrası tam təmin olunacaqdır” – deyə məktubda qeyd edilir.


Tarix: 10 Dekabr 2009  |  Baxış sayı: 985




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV