Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Cəlbedici qrantlar, səmərəsiz layihələr və bərbad jurnalistika
Əslində jurnalistikanın problemlərindən çox yazmaq olar və bu haqda yazmaq könlümdən də keçib. Niyə də yox. Ən azı ömrümün 13 ilini bu sahəyə həsr etmişəm. 1995-ci ildən başlayaraq «mətbuat adasında» yaşayıram. Əsasən iqtisadi jurnalistika sahəsində çalışmışam. «Ekonomiks» qəzeti (1995-1997) ilk iş yerim olub. Bundan savayı, «Hürriyyət» (1998-2000), «Ekspress» (2001-2008) və «Ekspert» iqtisad jurnalında (2000-2006) çalışmışam. Bir sözlə, işlədiyim müddətdə müxbirlik də eləmişəm, redaktorluq da, «verstavşik»lik də…

Bu günlərdə «Yeni Müsavat»da qrantla bağlı təşkil olunan müzakirə diqqətimi cəlb etdi. Müzakirə iştirakçılarının fikirlərini qüvvətləndirmək və ya əksinə çıxmaq fikrim də yoxdur. Ancaq özüm qrantla işləyən təşkilatda - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyində çalışdığımdan bu sahədə, o cümlədən, jurnalistikada olan məsələlərlə bağlı fikirlərimi bölüşmək istəyirəm. Əvvəla onu deyim ki, müzakirədə səslənən fikirlərin əksəriyyəti ilə razıyam. Ona görə razılaşıram ki, Şahvələd Çobanoğlunun dediyi kimi, doğrudan da jurnalistika sahəsinə beynəlxalq donor təşkilatların maliyyələşdirdiyi qrant layihələri çox perspektivsiz həyata keçirilir. Ona görə razılaşıram ki, Zamin Hacının dediyi kimi, Azərbaycanda qəzetlərin sayı azaldıqca, jurnalist təşkilatları güclənir. Elçin Şıxlının dediyi kimi, treninqlərin hər bir halda xeyirli olması fikrini də qəbul edirəm. Arif Əliyevin hakimiyyətin yaxın dövrlər üçün QHT-ləri tam nəzarətə götürüb zəiflətmək siyasətinə start verməsi fikrinin həqiqiliyinə də zənnimcə, heç kim şübhə etməz.

Ancaq mən treninq keçmiş jurnalistlərin həbs olunmaması, işgəncələrə məruz qalmaması, döyülməməsini nöqsan kimi qarşılamaq fikri ilə razılaşa bilmirəm. Axı, bu treninqlərin də məqsədi budur ki, jurnalistlərin peşəkarlığı artsın, xəbərlərdə balans gözləsin, etibarlı mənbələrdən istifadə eləsin, kiməsə şər-böhtan atmasın, oxucularını aldatmasın, onların inamını itirməsin. Ən əsası ondan heyifli olan məmurun və ya digərinin əlinə əsas verməsin.

Eyni zamanda bu fikirlə də razı deyiləm ki, hakimiyyətin müdaxiləsi əsas gətirilərək bəzi jurnalist təşkilatları öz fəaliyyətlərini cəmiyyətdən gizlin saxlasınlar, şəffaflığa riayət etməsinlər. Bu gün aldığı qrantın maliyyə hesabatını (proqram hesabatını yox) öz saytında yerləşdirən, ictimaiyyətə açıqlayan təşkilata (fərqi yoxdur hansı sahədə çalışan) demək olar ki, rast gəlmək mümkün deyil. Cəmiyyətdən, hakimiyyətdən şəffaflıq tələb edən qurum, ilk növbədə öz fəaliyyətində şəffaf olmalıdır.

Açığı Azərbaycanda qrant ağacı elə kökündən əyri bitib. Bu kök ictimaiyyətin başının ölkədə vətəndaş cəmiyyətinin gücləndirilməsinə yox, çayxanalarda hakimiyyətin dəyişdirilməsi ilə bağlı aparılan müzakirələrə qarışdığı bir vaxtda boy atmağa başlayıb. Bu ağac bir nəfərdən və ya ancaq qohumlardan ibarət olan təşkilatın irihəcmli qrantlar həyata keçirdiyi bir vaxtda budaqlanıb.

Onsuz da Azərbaycana ayrılan qrantların həcmi ilbəil azalır. Ermənilər və gürcülərlə müqayisədə ölkəmizə verilən qrant həm say, həm də həcm baxımdan az olub. Bunun səbəbi bir tərəfdən layihələrin səmərəsiz həyata keçirilməsi ilə bağlıdırsa, digər səbəbi də donorların təbirincə desək, Azərbaycanın neft ölkəsi olmasıdır. Donorlar hərdən «sizin pulunuz var, qoy dövlət sizə pul ayırsın. Bizə isə kasıb dövlətlərə pul ayıraq» tipli mesajları verməkdən də çəkinmirlər. Eyni zamanda elə təşkilatlar var ki, erməni və gürcü təşkilatları onlarla işləyirlər, biz isə yox. Səbəb isə sadədir: Azərbaycandan müraciət edən olmur.

Məsələ ondadır ki, dövlət qurumlarına və QHT-rə (əsasən iqtisadi və hüquq sahəsində çalışan) ayrılan vəsaitlər nə dərəcədə şəffaf və səmərəli istifadə olunursa, jurnalist təşkilatlarına ayrılan vəsaitlər də o qədər səmərəli xərclənir. Təbii, istənilən layihənin səmərəliliyi onun çərçivəsində keçirilən treninqlərin və bu treninqlərdən keçmiş jurnalistlərin sayı ilə ölçülmür. Layihənin səmərəsi treninqdən keçmiş jurnalistlərin treninqdən əldə etdiyi biliklərin öz fəaliyyətində nə dərəcədə uğurlu tətbiq etməsi ilə ölçülür. Bu gün həyata keçirilən layihələr arasında sistemsizlik, təkrarçılıq və bəsitlik mövcuddur. Beynəlxalq təşkilatlar arasında koordinasiya olmadığından hər hansı təşkilat bir layihəni bir neçə təşkilata təqdim edib uda bilir. Digər sahələr kimi burada da monopoliya mövcuddur.

Bu gün həyata keçirilən layihələrin səmərəliyini ölçəcək monitorinq və qiymətləndirmə sistemi mövcud deyil. Ən yaxşı halda monitorinq aparılır və monitorinqin standart «işlər necə gedir?» sualına cavab axtarılır. Ancaq Azərbaycanda həyata keçirilən layihələrin monitorinqi ancaq statistik xarakter daşıyır. Yəni layihə çərçivəsində neçə tədbir keçirildi, neçə kitab buraxıldı, neçə jurnalist treninqdə iştirak elədi və s. Ancaq layihələrin qiymətləndirilməsi aparılmır deyə, qiymətləndirmənin standart «nəticəsi nə oldu?» sualına da cavab tapılmır. Əks halda treninqin keçirilməsinə nə dərəcədə ehtiyacın olduğunu, treninq materiallarının nə qədər peşəkar hazırlandığını, təşkilatın kadr resurslarının layihəni həyata keçirilməsinə imkan verib-vermədiyini ölçmək mümkün olardı…

Bəli, bu gün qəzetlərin sayı, mətbuatda çalışan jurnalistlərin sayı azaldıqca, jurnalist təşkilatlarının da sayı artır. Təkcə 90-cı illərin sonu həm də işlə təmin olunmaq səbəbindən jurnalist (o cümlədən, təsadüfi adamlar) axınına məruz qalan mətbuat indi suyu kəsilmiş krana bənzəyir. İndi jurnalistlərin bir qismi dövlət və kommersiya orqanlarına, bir qismi isə QHT sektoruna «transfer» olunub. Səbəb də aydındır: əmək haqqı azdır, karyera qurmaq mümkün deyil və təhlükəlidir. Qəzetlərin siyasətində baş vermiş dəyişiklik və redaksiyadaxili senzura da az rol oynamayıb. Nəticə isə ondan ibarətdir ki, bu gün qəzetlərdə araşdırma yazılarına, reportajlara, analizlərə demək olar ki, rast gəlmək olmur. Qəzetlərimiz köşə yazılarından, press-relizlərdən, İnternet xəbərlərindən və müsahibələrdən ibarətdir. Ən yaxşı halda bir neçə ekspertin (təəssüf ki, eyni adamların) münasibəti olan yazılardan… Çünki normal araşdırmaya ən azı 1 həftə sərf edən jurnalist yazdığı yazıya görə nə üçün press-reliz qədər (lap olsun 2 dəfə çox) qonorar almalıdır. Təəssüf ki, jurnalistlər arasında kütləvi savadsızlıq mövcuddur. Bu gün «tədqiqat»la «təhqiqat», «kompaniya» ilə «kampaniya», «qanun»la «sərəncam» sözünü qarışdıranlara rast gəlmək olur. Hələ qrammatik cəhətdən düzgün yaza bilməyənləri demirəm. Belə problemləri çox sadalamaq olar. Doğrudan da mətbuatın vəziyyəti çox acınacaqlıdır. Çap məhsullarından başlayan böhran artıq televiziyalara çatıb.

Dünyada mətbuat əsasən iki yerə bölünür: ciddi və sarı. Ciddi qəzetlərin tirajı az olur. Ancaq reklam hesabına onlar maliyyə ehtiyaclarını ödəyirlər. Buna görə də qəzet öz siyasətinin əksinə getmir. Sarı mətbuat isə reklam olmasına baxmayaraq, əsasən tiraj hesabına gəlir götürür. Belə qəzetlərin tirajı ciddi qəzetlərdən dəfələrlə çox olur. Belə mətbuat dedi-qodular, skandallar hesabına oxucu toplayır. Azərbaycanda təəssüf ki, qəzetlərdə nə ciddi qəzetlərdə olduğu kimi reklam və analizlər yoxdur, nə də sarı mətbuat kimi tiraj.

Böhrandan çıxış yolu kimi, ilk növbədə dövlətin mətbuata qarşı münasibəti dəyişməlidir. Bu halda digər problemlər də öz həllini tapacaq. Əks halda bütün səylər barıtı olmayan top kimi səmərəsiz bir şey olacaq. İkincisi, qəzet və jurnalların reklam bazarı inkişaf etməlidir. Məhz 2000-ci ildən başlayaraq qəzetlərin reklama çıxış tapa bilməməsi onların tiraja işləməsi ilə nəticələndi və bu da sonda oxucuların bu nəşrlərə etibarını azaltdı. Üçüncüsü, jurnalistlər arasında ixtisaslaşma getməlidir. Yəni iqtisadiyyatdan, kriminaldan, hüquqdan, kənd təsərrüfatından, səhiyyədən, siyasətdən yazan jurnalistlər olmalıdır. İqtisadiyyatdan yazan jurnalist «büdcə» ilə «büdcədənkənar fond»un, «subsidiya» ilə «subvensiya»nın, «inflyasiya» ilə «deflyasiya»nın, «pensiya» ilə «müavinət»in fərqini mütləq bilməlidir. Dördüncüsü, layihələr araşdırma jurnalistikasına yönəldilməlidir.

İndiyə kimi həyata keçirilmiş layihələrdə qarşıya qoyulan məqsədə çatılsaydı, bu gün Azərbaycanda güclü vətəndaş cəmiyyəti yaranmışdı. Vətəndaş cəmiyyəti güclü olan dövlətdə isə avtoritar rejimin qurulması mümkün deyil. Ancaq layihələrin dayandırılması təklifi fikrimcə, düzgün deyil. Çünki bir-iki təşkilatın «pis hərəkəti» donorların münasibətini təkcə həmin təşkilatlara yox, ümumilikdə Azərbaycan təşkilatlarına qarşı dəyişir. Nəticədə quru odunun güdazına yaş da gedir.

"ALMA" qəzeti
03-02-2009

 
Tarix: 23 May 2009  |  Baxış sayı: 1429




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV