Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


İqtisadiyyat üzrə ilk Nobel mükafatçısı Pol Samuelson vəfat edib
Kennedinin müşaviri olmuş iqtisadçı 94 yaşında dünyasını dəyişib

İqtisadiyyat üzrə Nobel mükafatı almış ilk amerikalı Pol Samuelson dünən Massaçuset ştatında 94 yaşında vəfat edib. “İqtisadi forum” jurnalının məlumatına görə, iqtisadçı öz evində dünyasını dəyişib.

Pol Samuelson iqtisadiyyat üzrə Nobel mükafatını almış ilk amerikalı olub. Nobel mükafatı ona 1970-ci ildə - mükafat təsis olunandan 1 il sonra təqdim edilib. O, 20-ci əsrin ikinci yarımilində iqtisadiyyat elminin aparıcı nümayəndələrindən biri kimi tarixə düşüb.

Onun əsas nailiyyətlərindən biri kimi qiymətin formalaşması, tələb və təklif arasında qarşılıqlı əlaqənin analizinə riyazi metodları tətbiq etməsi olub. Samuelson riyaziyyatın iqtisadi analiz üçün əhəmiyyətini dəfələrlə qeyd edirdi. Özünün 1947-ci ildə yazdığı “İqtisadi təhlilin əsasları” (Foundations of Economic Analysis) işində Samuelson bu peşənin sahiblərini “ən eybəcər şəkildə beyin idmanı” vərdişinə görə tənqid edirdi və onları “heç bir yarışda iştirak etməyən idmançı” ilə müqayisə edirdi.

Samuelson Massaçuset Texnoloji İnstitutunun iqtisadi təmayül statusunun müasir səviyyəyə qalxmasında əvəzedilməz rol oynayıb. FES rəgbəri Ben Bernanke, iqtisadiyyat üzrə Nobe mükafatı larueatı Pol Kruqman, ABŞ prezidentinin iqtisadi müşavirlər qrupunun sədri Kristina Romer məhz həmin məktəbin məzunları olublar.

Samuelsonun vizit kartı olan “İqtisadiyyat: təhlilə giriş” (Economics: An Introductory Analysis) dərsliyi ilk nəşrindən - 1948-ci ildən bəri 40 dilə tərcümə olunub və 4 milyon nüsxədən çox sayda satılıb.  

Pol Entoni Samuelson 1915-ci ildə İndiana ştatında anadan olub. Çikaqo Universitetini bitirib, Harvard Universitetində magistr və doktorluq elmi dərəcəsi alıb. 1940-cı ildə Massaçuset Texnoloji İnstitutunun müəllimlər tərkibinə daxil olub.  Samuelson Con Kennedi və Lindon Conson kimi prezidentlərin müşaviri olub. Uzun illər Newsweek jurnalında köşə yazıları ilə çıxış edib.

“O, həm alim, həm müəllim, həm də çiynində hər bir müasir iqtisadçını saxlayan nəhəng bir insan kimi böyük miras qoyub getdi”, - deyə İqtisadi Tədqiqatlar Milli Bürosunun (National Bureau of Economic Research) prezidenti Ceyms Poterba bildirir.

Azərbaycanda iqtisadiyyat sahəsində təhsil almış, iqtisadiyyatı öyrənən elə bir şəxs tapılmaz ki, onun “Ekonomiks” kitabını vərəqləməsin. Məhz bu kitab iqtisadiyyatı öyrənmək istəyən hər bir şəxs üçün əlifba rolunu oynayır.

Tarix: 14 Dekabr 2009  |  Baxış sayı: 1113




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV