İqtisadi Təşəbbüslərə Yardım Birliyibununla bağlı təkliflər hazırlayıb
"İqtisadi forum" jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım Birliyi mayın 26-daAzərbaycan Media Mərkəzində bələdiyyələrin səlahiyyətlərinə həsr olunmuş mətbuat konfransı keçirib. Konfransda Birliyin hazırladığı və hökumətə təqdim edəcəyi "Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin müəyyən olunması mexanizmlərinini təkmilləşdirilməsi" adlı sənədin təqdimatı olub.
Sənəd haqqında məlumat verən Birliyin sədr müavini Rövşən Ağayev bildirib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin məhdudluğu bu qurumların yarandığı dövrdən yerli özünüidarənin ən çox müzakirə doğuran problemlərindən biri olub. Bir tərəfdən səlahiyyətlərin məhdudluğu, digər tərəfdən isə onların müstəsna olmaması bələdiyyələrin real yerli hakimiyyətə çevrilməsinə mane olub. Avropa Şurasının Azərbaycan hökumətinə ünvanladığı tövsiyə sənədində bələdiyyələrin səlahiyyətlərinin sadəcə yerlərdə dövlət idarəetmə orqanlarının səlahiyyətlərini tamamlamağa və ya bu qurumların nəzarəti altında fəaliyyət göstərməyə gətirib çıxarır.
Onun sözlərinə görə, sənədin hazırlanması zamanı yerli özünüidarənin statusu və səlahiyyətlərilə bağlı beynəlxalq təcrübə tədqiq edilmiş, həmin təcrübələrin Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinə dair qanunvericilikdə tətbiqi imkanları nəzərdən keçirilmişdir. Bundan əlavə Azərbaycanın müxtəlif ərazilərində fəaliyyət göstərən ayrı-ayrı bələdiyyə təmsilçilərilə görüşlər keçirilmiş, onların rəy və fikirləri öyrənilmişdir.
Onun fikrincə, hazırda ölkə qanunvericiliyində bələdiyyələrin səlahiyyətlərilə bağlı nəzərdə tutulan mexanizmlər yerli özünüidarənin nəinki cəmiyyətin idarə olunmasında geniş iştirakına imkan vermir, hətta onların əhatə etdiyi ərazilərin lokal problemlərinin həllinə qanuni məsuliyyət daşıyan cavabdeh orqanlara çevirilməsinə hüquqi əsas yaratmır. Belə vəziyyətin yaranmasının səbəbləri kifayət qədər tədqiq olunub və ümumiləşdirilmiş formada həmin səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar.
I. Hazırda bələdiyyələrin səlahiyyətlərinin müstəsnasılığı problemi mövcuddur.
II. Bələdiyyələrin səlahiyyətlərilə bağlı subsidiarlıq prinsipi pozulur.
III. Ümumi dövlət idarəetməsində yerli idarəetmə sisteminin əhatə dairəsi (sərhədləri) və onun strukturu aydın müəyyən olunmayıb.
Rövşən Ağayev bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı Birliyin hazırladığı 3 alternativi iştirakçıların diqqətinə çatdırdı:
Alternativ 1. Bələdiyyələrin səlahiyyətlərində müstəsnalığın təmin olunması və səlahiyyətlərin dəqiqləşdirilməsi (mövcud vəziyyətin saxlanılması)
Bu alternativ bələdiyyələrin statusunu tənzimləyən qanunvericilikdə yerli özünüidarəetmənin təhsil, səhiyyə, ərazinin məişət tullantılarından təmizlənməsi və su təchizatı sahəsində səlahiyyətləri üzrə müstəsnalığın təmin olunmasını, müvafiq sahə qanunvericiliyində həmin səlahiyyətlərin tətbiq mexanimlərinin dəqiqləşdirilməsini nəzərdə tutur.
Bu alternativin tətbiqinin əsas üstünlükləri aşağıdakılardır:
·Yerli özünüidarə islahatlarına mərhələli yanaşma ideyasını tətbiq etməyə imkan yaradır
·İslahatların mərhələliyi bu prosesə ictimaiyyətin daha geniş tərkibdə cəlb olunmasına şərait yaradır
·Qanunvericiliyə köklü dəyişikliklər etməyə nəzərdə tutmadığından qısa müddət ərzində, məsələn, 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərindək reallaşdırmaq mümkündür
·Konstitusiya islahatları tələb etmir
·Bilavasitə milli qanunvericilikləAvropa Xartiyası arasında ziddiyətlərin aradan qaldırılmasına dair Avropa Şurası tərəfindən Azərbaycan hökumətinə ünvanlanmış tövsiyələrin yerinə yetirilməsinə gətirib çıxaracaq
·Siyasi mümkünlük (hökumətdən tərəfindən qəbul edilmə) ehtimalı kifayət qədər yüksəkdir
Bu alteranitivin tətbiqinin aşağıdakı çatışmazlıqları var:
·Hökumətdə əsaslı yerli özünüidarə islahtlarına marağı azalda, ən azı yaxın bir neçə ildə bu məsələni hökumətin prioritetləri sırasından çıxara bilər
·Subsidarlıq prinsipinin Avropa Xartiyasının tələblərinə uyğun olaraq tam təmin olunmasına təminat vermir
·Bələdiyyələrin icra hakimiyyəti orqanlarından asılılığının aradan qaldırılmasına təminat vermir
Alternativ 2. Bələdiyyələrin inzibati ərazi dairələri (kənd, qəsəbə və şəhər) üzrə vahid idarəetmə subyekti kimi müəyyən olunması şərtilə səlahiyyət bölgüsünün həyata keçirilməsi
Bu alternativ müstəsnalığın təmin edilməsi (bax: 1-ci alternativ) şərtilə inzibati ərazi dairələrində (kənd, qəsəbə, şəhər) icra nümayəndəliklərinin ləğvini və onların mövcud idarəetmə səlahiyyətlərinin bələdiyyələrə ötürülməsini ifadə edir.
Bu alternativin əsas üstünlükləri aşağıdakılardır:
·Yerli idarəetmədə paralelliyi aradan qaldıracaq
·Yerli səviyyədə idarəetməyə yönəldilən xeyli həcmdə vəsaitlərin sərbəstləşməsinə və onları yerli büdcəyə transfer etməklə ictimai xidmətlərin həcminin artmasına yardım göstərəcək
·Kadr resurslarının səmərəli istifadəsinə zəmin yaradacaq
·Bələdiyyələrin yerli icra hakimiyyəti orqanlarından asılılığını xeyli dərcədə azaldacaq
·Yerli özünüidarə haqqında Avropa Xartiyasının tələblərinə və Avropa Şurasının Azərbaycan hökumətinə ünvanladığı tövsiyyələrə uyğun olaraq subsidiarlıq prinsipnin təcrübədə tətbiqi imkanlarını daha da artıracaq
Bu alternativin əsas çatışmalıqlarıaşağıdakılardır:
Siyasi mümkünlük (hökumətdən tərəfindən qəbul edilmə) ehtimalı çox da yüksək deyil
Uzun illər ərzində dövlət idarəetmə orqanlarının yeganə hakimiyyət institutu kimi tanınmasından irəli gələn streotiplərin dağıdılması geniş miqyaslı məlumatlandıama və təbliğat kampaniyası, bunlar isə öz növbəsində xeyli həcmdə vəsaitlərin xərclənməsini zəruri edir
Alternativ 3. Bələdiyyələrin yerli hakimiyyət statusunun təmin olunması şərtilə yerli özünüidarənin səlahiyyət bölgüsünün həyata keçirilməsi
Bu alternativ bütün səviyyələrdən olan ərazi vahidləri (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) üzrə idarəetmənin yerli özünüidarə prinsipləri əsasında formalaşdırılması və ikipilləli bələdiyyə sistemi yaradılması əsasında səlahiyyət bölgüsünün həyata keçirilməsini ifadə edir.
Bu alternativin əsas üstünlükləri aşağıdakılardır:
·Yerli özünüidarənin coğrafiyasını genişləndirməklə vətəndaşların dövlətin idarə olunmasına iştirak imkanlarını kifayət qədər artıracaq
·Dövlətin idarə olunmasına ictimai məsuliyyət hissini daha da yüksəldəcək
·İctimai vəsaitlər üzərində vətəndaş nəzarəti imkanlarını artıracaq
·Yerli problemlərin həllilə bağlı qərar qəbulunu vətəndaşlara daha yaxınlaşdıracaq
·Məhdud resursların ilk növbədə ən vacib ehtiyacalara yönəldilməsinə imkan verəcək
·Kadr resurslarının səmərəli istifadəsinə zəmin yaradacaq
·Yerli özünüidarəyə ictimai etimadı yüksəldəcək
·Bələdiyyələrin yerli icra hakimiyyəti orqanlarından asılılığını aradan qaldıracaq
·Yerli özünüidarə haqqında Avropa Xartiyasının tələblərinə və Avropa Şurasının Azərbaycan hökumətinə ünvanladığı tövsiyyələrə uyğun olaraq subsidiarlıq prinsipnin təcrübədə tətbiqi tamamilə təmin olunacaq
Bu alternativin əsas çatışmazlıqlarıaşağıdakılardır:
Siyasi mümkünlük (hökumətdən tərəfindən qəbul edilmə) ehtimalı olduqca azdır
Təklif olunan yerli idarəetmə sisteminin tələblərinə uyğun kadr ehtiyatları yoxdur
Qanunvericiliyin faktiki olaraq yenidən işlənməsini, xüsusilə də ölkənin anna qanununa dəyişiklik edilməsini tələb edir
Cəmiyyətin bu cür köklü idarəetmə islahatlarına hazırlanması uzun zaman və böyük həcmdə vəsait tələb edir