Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
22.10.2019 02:04
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Rusiyada 30 bank bağlana bilər
Səbəb nizamnamə kapitalının azlığıdır

“İqtisadi forum” jurnalının Rusiya Federasiyasının Mərkəzi Bankına istinadən istinadən verdiyi məlumata görə, gələn ilin yanvarından nizamnamə kapitalı 90 milyon rubldan az olan bankların lisenziyasını geri alacaq. Kiçik bankların əksəriyyəti kapital çatışmazlığı problemini artıq həll edə bilib, qalanları isə ya investor axtarır, ya da birləşmə yolu ilə vəziyyətdən çıxmaq niyyətindədir.

Mərkəzi Bankın məlumatına görə, aprel ayında kapitalı 90 milyon rubldan ($3 milyon) az olan bankların sayı 145 təşkil edib. Dekabrın 1-nə kimi 37 bank nizamnamə kapitalını ümumilikdə 3 milyard rubl ($100 milyon) artırıb, öz vəsaitlərini isə təxminən 3 dəfə çoxaldıblar. Bunların 8-i Moskvada, qalanları isə regionlarda yerləşir.

Regional banklar Assosiasiyasının prezidenti Anatoliy Aksakov açıqlamasında bildirib ki, kapitalı 90 milyon rubldan az olan banklar 20-dən çox deyil və onlar artıq bu problemi həll ediblər.  

Mərkəzi bankın məlumatına görə, 2009-cu ilin yanvar-noyabr aylarında 43 bankın (2008-ci ilin noyabrından 63 bank) lisenziyası geri götürülüb. Onların ləğvi pul çatışmazlığı ilə bağlı olub.

Hazırda Rusiyada 1015 bank, 51 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Nizamnamə kapitalı 300 milyon rubldan ($10 milyon) çox olan bankların sayı 339-dan 348-ə yüksəlib. Bütün kredit təşkilatlarında bu bankların payı 30,6%-dən 32,6%-ə artıb.

Mərkəzi Bankın proqnozuna görə, gələn il 30 bankın lisenziyası alına bilər. Əmanətlərin sığortalanması üzrə Agentliyin baş direktoru Aleksandr Turbanov hesab edir ki, Rusiyada 80 bankın lisenziyası alınacaq ki, bunların da 30-u minimal nizamnamə kapitalı tələbinə cavab verməməyə görə baş verə bilər.

2 ildən sonra bank fəaliyyəti göstərmək üçün nizamnamə kapitalının minimal həddi 180 milyon rubl ($6 milyon) təşkil etməlidir. Hazırda bankların 200-ü bu tələbə cavab vermir.

Tarix: 15 Dekabr 2009  |  Baxış sayı: 982




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV