Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Yapon bankı avronu satmağı məsləhət görür
Tokio Bankına görə, 2010-cu ildə dollar bahalaşacaq

Avropa ölkələrinin hazırda üzləşdiyi problemlər struktur və uzun müddətli olacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, Yaponiyanın Bank of Tokyo bankı gələcəkdə dolların mövqeyinin möhkəmlənəcəyini əsas gətirərək investorlara avronu satmağı məsləhət görür.

Bu yanaşma büdcə gəlirlərinin kəskin azalması, büdcə kəsirinin və dövlət borcunun artması kimi problemlərlə üzləşən bir sıra Avropa ölkələrindən gələn xəbərlərlə təsdiqini tapır. Banka görə, avrozonada ciddi böhran üçün zəmin yaranıb. Yunanıstan, İspaniya, İrlandiya və İrlandiyada yaranmış maliyyə-iqtisadi problemlər uzunmüddətli və struktur xarakter daşıyır.

Yaponiyanın Bank of Tokyo – Mitsubishi UFJ bankının dekabrın 11-də yayılan açıqlamasına görə, 2010-cu ildə dollar möhkəmlənmək tendensiyası göstərəcək. Ekspertlərin fikrincə, hazırda dünya maliyyə bazarlarında tendensiyaların dəyişməsi müşahidə edilir və aparıcı qlobal bankların analitik şöbələri dolların ortamüddətli investisiya perspektivlərini qaldırırlar, avronun perspektivlərini isə azaldırlar. Bununla əlaqədar yaponlar investorlara avronu satmağı məsləhət görürlər.

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru Ruslan Qrinberqin fikrincə, heç kim dolların ucuzlaşmasında maraqlı deyil və bu baş verməyəcək. “Dünya dolların ehtiyat valyuta qismində rolu ilə razılaşıb. Qlobal iqtisadiyyat vahid ödəniş vasitəsinə ehtiyac duyur. Bunun üçün isə dünya hökuməti yaradılmalıdır. Bu isə indiki zamanda mümkün deyil.”, - deyə  Qrinberq bildirib. Onun sözlərinə görə, 2010-cu ildə dollar avroya nisbətən bahalaşacaq. “FES uçot dərəcəsini qaldıran kimi Amerika valyutası bahalaşmağa başlayacaq.” – ekspert əlavə edib.

Ancaq dünyanın əksər analitikləri Bank of Tokyo – Mitsubishi UFJ bankının proqnozunu bölüşmür. Dünyanın aparıcı investisiya bankları ABŞ-ın yumşaq pul-kredit siyasəti yeritməsi nəticəsində dolların avroya və əsas dünya valyutaları səbətinə nisbətdə gələcəkdə də ucuzlaşacağını proqnozlaşdırırlar. Dollar Federal Ehtiyat Sisteminin iqtisadiyyatı maliyyələşdirmə rejimindən çıxmaq strategiyası həyata keçirməyə və uçot dərəcələrini qaldırmağa başlayacağı ana qədər ucuzlaşacaq.

Məzənnənin dinamikası həmçinin Avropa Mərkəzi bankının addımlarında, o cümlədən böyük valyuta ehtiyatına malik dövlətlərin (Çin, Yaponiya, Rusiya, ərəb ölkələri) dolları başqa valyuta ilə əvəz etməsi planından asılı olacaq.
Tarix: 15 Dekabr 2009  |  Baxış sayı: 1166




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV