Bu il müflisləşən şirkətlərin sayı kəskin artıb
Bu il 260 şirkət borc öhdəliklərinə görə müflisləşib ki, bu da 1981-ci ildən sonra ən yüksək həddir. “İqtisadi forum” jurnalının “The Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Standard & Poor’s reytinq agentliyi məlumat verib.
Bundan əvvəlki maksimum göstərici 229 şirkət olub və 2001-ci ildə baş verib. 2008-ci ildə korporativ müflisləşmə 2009-cu illə müqayisədə 2 dəfə az olub.
Bu il müflisləşmiş 260 şirkətin böyük hissəsi - 188-i ABŞ-ın payına düşüb. Bundan başqa Avropada 20, inkişaf etməkdə olan ölkələrdə 36, Avstraliya, Kanada, Yaponiya və Yeni Zelandiyada 16 şirkət ömrünü başa vurub.
Şirkətlərin 70-i bankrotluğa, 101-i borc öhdəliklərinin təcili mübadiləsinə (şirkətlər köhnə borc öhdəliklərini yenisi ilə əvəz etdikdə), 89-u isə borcun əsas hissəsini və ya faizlərini vaxtında ödəyə bilmədiyinə görə müflisləşib.
“Məlumatlar göstərir ki, biz müflisləşmələrin mövcud dövrünün əyilmə nöqtəsinə çatmışıq və ya artıq çatmışıq. Ancaq bu o demək deyil ki, müflisləşmələr kəskin azalacaq. Risklər hələ də qalacaq. Ona görə də dərindən nəfəs almaq hər şeyin geridə qaldığını söyləmək tezdir”, - deyə S&P analitiki Dayen Vazza bildirib.
S&P qeyd edir ki, maliyyə şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşması növbəti 12 ayda müflisləşmənin səviyyəsini dəyişib. Agentlik 2010-cu ilin birinci yarısında müflisləşmə dalğası gözləyirdi, ancaq indi bir çoxlarının “ömrü” bir qədər artıb.
S&P əlavə edib ki, kredit bazarında görünməmiş tərəddüdlərə baxmayaraq müflisləşmə riskinin qiymətləndirilməsi üçün kredit reytinqləri hələ ki səmərəlidir. Bu il müflisləşmiş borc öhdəlikləri emitentinin 87%-i müflisləşmədən əvvəl spekulyativ klass reytinqi almışdı . Eyni zamanda investisiya reytinqli borc emitentləri 99% ehtimalla il ərzində dayanıqlılıq nümayiş etdiriblər.