Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Qızılın qiyməti $870-ə düşəcək
Saxo Bankın proqnozuna görə, dollar möhkəmlənəcək, şəkər ucuzlaşacaq

Danimarkanın Saxo Bankının proqnozuna görə, 2010-cu ildə qızılın bir unsiyasının dünya üzrə qiyməti 870 dollara düşəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə bankın “İnanılmaz proqnozlar” adlı illik məruzəsində qeyd edilib.

Məruzəyə görə, gələn il Amerika dollarının möhkəmlənməsi qızılın qiymətində güclü korreksiya yaradacaq və bazarda bu nəcib metalla spekulyasiya edən investorlara ciddi zərbə vuracaq.

Eyni zamanda Saxo Bankının analitikləri hesab edirlər ki, uzunmüddətli perspektivdə qızıl bahalaşacaq. Banka görə, 2014-cü ildə qiymətli metalın dünya qiyməti 1,5 min dollara yüksələcək.

Ancaq Amerika bankı olan Morgan Stanley hesab edir ki, gələn il qızılın qiyməti 1,3 min dollara yüksələcək və dolların möhkəmlənməsi fonunda aşağı düşəcək.

Hazırda qızılın bir unsiyasının qiyməti 1100 dollardan çoxdur.

2009-cu ildə qeyri-müəyyənlik dövründə investorlar üçün ənənəvi sığınacaq kimi qızıl dolların ucuzlaşması və ABŞ hökumətinin stimullaşdırıcı tədbirləri nəticəsində yaranacaq inflyasiya gözləntisi fonunda sürətli artıb.

Saxo Bankı hər il növbəti ilin “şok” proqnozlarının ictimaiyyətə təqdim edir. Bank öz proqnozlarını “normal” bazar gözləntilərindən və orta statistik investorların baxışlarından kənar hazırlayır. Bu metodologiya heç də həmişə işləmir.

2008-ci ilin sonunda Bank bu il neftin barelinin 25 dollara düşəcəyini, Çin ÜDM-nin sıfır səviyyəsinə yaxınlaşacağını,  avronun dollara nisbətən 0,95-ə enəcəyini proqnozlaşdırmışdı. Bankın müəyyən qədər həqiqətə yaxın proqnozu neft gəlirlərinin azalmasın səbəbindən İranda xalqın ayağa qalxacağını bildirmələri olub. Yayda İran inqilaba yaxın situasiya ilə üzləşdi. Ancaq neftin qiymətinə görə yox, prezident seçkisinin nəticələrinə görə.

Saxo Bankının gələn il üçün digər proqnozları aşağıdakı kimidir:

- Alman istiqrazları üzrə gəlirlilik 2,25% təşkil edəcək

- VIX indeksi 14-cü səviyyəyə düşəcək (indiki səviyyəsi 22,32)

- Çin yuanı dollara nisbətən 5% ucuzlaşacaq (hazırkı kurs 6,825)

- Dolların kursu 110 iyenaya kimi bahalaşacaq. (hazırkı kurs 89,3)

- Hirslənmiş Amerikalılar ABŞ-da üçüncü partiyanı yaradacaqlar

- ABŞ-ın Sosial Müdafiə Fondu (US Social Security Trust Fund) müflisləşəcək

- Şəkərin qiyməti 30% ucuzlaşacaq (indiki qiymət $23,33)

- ABŞ-ın ticarət balansında müsbət saldo qeydə alına bilər

Tarix: 18 Dekabr 2009  |  Baxış sayı: 839




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV