Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


ABŞ-da bir gündə 7 bank bağlandı
Bağlanan bankların sayı 140-a çatdı

ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Agentliyi (Federal Deposit Insurance Corp., FDIC) dekabrın 18-də ölkənin 7 regional bankının bağlayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Agentliyin pres-relizində qeyd edilir.

Məlumata görə, 2009-cu il başlayandan ölkədə bağlanan bankların sayı 140-a çatıb.

Bağlanan 7 bankın 2-si - First Federal Bank of California və Imperial Capital Bank Kaliforniyada yerləşir. Digər 5 bank müxtəlif ştatlara məxsusdur. Independent Bankers Bank İllinoysda, New South Federal Savings Bank Alabamada, Citizens State Bank Miçiqanda, Peoples First Community Bank Floridada və RockBridge Commercial Bank isə Corciyada yerləşir. 

Bu bankların içində ən böyüyü First Federal Bank of California bankıdır. Bu maliyyə təşkilatının aktivləri $6,1 milyar, əmanətəri isə $4,5 milyard təşkil edir. İkinci yerdə böyük bank olan Imperial Capital Bank $4 milyarlıq aktivə malikdir. 7 bankın cəmi aktivləri $14,4 milyarddan çox deyil.

Imperial Capital Bank və First Federal Bank of California banklarının aktivlərini almaq istəyən maliyyə təşkilatı tapılıb. City National Bank birincinin, OneWest Bank isə ikincinin aktivlərini alacaq. Müflisləşmiş bankların bölmələri yeni ticarət nişanı ilə fəaliyyətə başlayacaq.

Amerika banklarının bağlanması ölkədəki iqtisadi tənəzzüllə bağlıdır. Xüsusilə də daşınaz əmlak sektorunda işləyən maliyyə təşkilatları daha çox zərər çəkib. Ekspertlərin qiymətləndirmələrinə görə, yaxın illərdə 400-ə qədər bank bağlana bilər. Ancaq buna baxmayaraq bu, 1989-cu ildəki rekordu təzələyə bilməyəcək. Xatırladaq ki, həmin dövrdə 12 ay ərzində 534 bank bağlanmışdı.

Tarix: 21 Dekabr 2009  |  Baxış sayı: 772




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV