Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycanda büdcə prosesi reqlamentləşdirilməlidir
İTYİB bu istiqamətdə hazırladığı  tövsiyələri ictimaiyyətin müzakirəsinə təqdim etdi

“Parlament hökumətin maliyyə fəaliyyəti üzərində nəzarəti təmin edən mühüm institutdur. Milli Məclisdə bütün qanunların 3 oxunuşda qəbul edildiyi halda büdcə layihəsinin yalnız bir oxunuşdan keçərək qəbul edilməsi başa düşülən deyil”. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bu fikirləri dekabrın 21-də “Azərbaycanda büdcənin parlament müzakirələri: xarici təcrübənin üzə çıxardığı problemlər” mövzusunda keçirilmiş dəyirmi masada səsləndirib.

Büdcə prosesində parlamentin iştirakçılıq səviyyəsi müxtəlif ölkələrdə bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyin bildirən Azər Mehtiyevin sözlərinə görə, Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil: “Bu yaxınlarda Milli Məclis “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsin müzakirə edərək qəbul edib. Lakin biz bir daha belə ciddi bir sənədin cəmi bir neçə gün çəkən formal müzakirələrinin şahidi olduq. Belə ki, büdcə layihəsi noyabr ayı ərzində MM ayrı-ayrı komitələrinin 3 birgə iclasında, sonra isə 3 gün ərzində MM-in plenar iclaslarında müzakirə edilmiş və noyabrın 26-dakı iclasda Maliyyə nazirinin qısa çıxışından sonra qanun layihəsi müzakirə edilmədən səsə qoyularaq qəbul edilmişdir. MM-də bütün qanunların 3 oxunuşda qəbul edildiyi halda büdcə layihəsinin yalnız bir oxunuşdan keçərək qəbul edilməsi başa düşülən deyil”.

A.Mehtiyev həmçinin rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihənin məqsədi və layihə çərçivəsində görülən işlər barədə qısa məlumat verdi. O qeyd etdi ki, ötən ildən başlayan və icrası davam edən bu layihənin məqsədi millət vəkillərinin büdcə müzakirələrində fəallığının və büdcə qərarlarına təsirinin artırılmasına nail olmaqdır. Bu mərhələdə layihə çərçivəsində deputatların büdcə müzakirələrinə hazırlıq üzrə ehtiyaclarının qiymətləndirilməsi, parlamentdə büdcə müzakirələrinin reqlamentləşdiril-məsi sahəsində xarici təcrübənin araşdırılması, habelə “nəticəyə yönəldilmiş büdcə” konsepsiyasının tədbiqi sahəsində təcrübələrin araşdırılması və Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılır, dövlət büdcəsi xərclərinin bir neçə bölməsi üzrə hökumətin büdcə fəaliyyətinin qiymətləndirilməsi indikatorları işlənilir.

İTYİB-nin sədr müavini Rövşən Ağayev dövlət büdcəsinin parlament müzakirələrinin reqlamentləşdirilməsi və belə müzakirələrin informasiya təminatı ilə bağlı müxtəlif ölkələrin təcrübələrinin Azərbaycanla müqayisəli təhlili istiqamətində təqdimat etdi (Təqdimatı buradan yükləyin). R.Ağayev çıxışına beynəlxalq təcrübədən başladı. “Hazırda dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan istənilən ölkəsində büdcə layihəsinin təsdiqi, büdcənin icrasına nəzarət və icraya dair hesabatın dinlənilməsi funksiyası bilavasitə parlamentə məxsusdur. Yanaşma eynidir: icra hakimiyyəti qarşıdakı dövrdə öz funksiyalarını reallaşdırmaq üçün ona lazım olacaq maliyyə resurslarını layihə formatında qanunverici orqana təqdim edir, parlament isə sənədi müzakirədən keçirib təsdiqləyir, özünün formalaşdırdığı audit orqanı vasitəsilə maliyyə ili ərzində büdcənin icrasını izləyir, nəhayət il başa çatdıqdan sonra hökumətin büdcə hesabatını təftiş edir. Lakin araşdırmalar göstərir ki, prosedurların eyniliyi bəzi hallarda formal xarakter daşıyır və ayrı-ayrı ölkələrdə parlamentin büdcə qərarlarına təsiri kəskin fərqlənir. Bu cür fərqin xeyli sayda səbəblərini sadalamaq mümkündür”. R.Ağayevin fikrincə, hökumət büdcə zərfinə daxil olan sənədlərin tərkibini, həmin sənədlərdə əks olunan informasiyaların təqdimatını elə müəyyənləşdirməlidir ki, iqtisadçı olmayan hər bir deputat büdcənin «dilini» anlaya bilsin, zərfdəki göstəricilərin məlumat tutumu və faydalı istifadə əmsalı daha yüksək olsun”.

Onun sözlərinə görə, son illər parlamentin büdcə qərarlarına təsiri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Beynəlxalq Valyuta Fondu (BVF) kimi beynəlxalq qurumların diqqət mərkəzindədir. İƏİT milli parlamentlərin büdcə sahəsində məlumatlılığını qiymətləndirmək üçün sorğular keçirir, BVF «Parlamentin büdcə səlahiyyətləri indeksi»ni müəyyənləşdirir. Məsələn, 2007-ci ildə İƏİT 38 ölkə arasında büdcə işinin təşkili və büdcə prosedurlarına dair sorğu keçirib. Sorğu əsasında respondent-dövlətlərdə əsas diqqət qanunverici orqanların büdcə tədqiqatları aparmaq üçün ekspert bazasına malik olub-olmadıqlarını aydınlaşdırmağa yönəlib.

Parlamentin büdcə səlahiyyətləri indeksi 10 ballıq şkala üzrə müəyyən olunur. Sonuncu dəfə BVF-nin 10 ölkənin timsalında müəyyənləşdirdiyi reytinq cədvəlinə 10 balla ABŞ liderlik edir. İsveç 9 bal, İtaliya və Yaponiya 7 bal, Niderland, Avstriya, Norveç və Finlandiya 6 bal toplayıb.  

Ekspert bildirib ki, İƏİT-nin tövsiyyəsinə görə, büdcənin parlamentin müzakirəsi üçün kifayət qədər uzun müddət ayrılmalı və heç bir halda həmin müddət 1 aydan az olmamalıdır. 

R.Ağayev büdcənin parlamentdə müzakirəsi prosedurlarının reqlamentləşdirilməsi, büdcə zərfinin tərkibi və büdcə müzakirələri üçün deputatların informasiya ehtiyaclarının qarşılanması məsələləri ilə bağlı Norveç, Kanada, Fransa, Estoniya, İsveçrə Yunanıstan, Portuqaliya, habelə qonşu Gürcüstan və Rusiya təcrübələrindən misallar çəkdi. Sonda ekspert Azərbaycan parlamentində büdcə müzakirələrinin effektivliyini yüksəltmək üçün təmsil etdiyi təşkilatın təkliflərini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.

  • Büdcə layihəsinin hazırlanması mərhələsində parlamentin iştirakçılığının təmin olunmasına ehtiyac var. Bu ən azından parlament üzvlərinin öz seçicilərinin ehtiyaclarını büdcənin tərtibinə məsul olan icra orqanlarına çatdırmaq baxımından önəmlidir;
  • Büdcə layihəsinin oktyabrın 1-dən gec olmayaraq parlamentə təqdim olunmasına ehtiyac var. Bu, büdcənin qanunverici orqan tərəfindən daha ətraflı öyrənilməsi, təsdiq edilmiş büdcənin icrasına daha effektiv nəzarətin təmin edilməsinə töhfə olar;   
  • Layihənin parlamentə təqdim olunduğu təqvimdən sonra hansı müddət ərzində millət vəkillərinə paylanması ilə bağlı qanunvericilikdə dəqiq interval müəyyən edilməlidir. Bu, millət vəkillərinin büdcə layihəsinə daha tez çıxış əldə etməsi və sənədlə tanışlıq üçün kifayət qədər vaxt qazanması baxımından mühümdür;     
  • Büdcə layihəsi 3 oxunuşda müzakirə edilməli, eyni zamanda hər bir oxunuş üçün nəzərdə tutulan plenar iclasların minimum yol verilən sayı qanunvericilik qaydasında müəyyən edilməlidir. Bu, büdcənin daha detallı və müxtəlif parametrlər (təşkilati, funksional, proqramlar və s.) üzrə müzakirəsinə şərait yaradar; 
  • Parlamentin komitələrində büdcə müzakirələrinin reqlamentləşdirilməsinə dair dəqiq hüquqi norma və prosedurlar əks etdirilməlidir. Həmin normalar müzakirələrin müddətini və xarakterini müəyyənləşdirmək üçün vacibdir;        
  • Parlamentin nəzdində müstəqil büdcə tədqiqatları üzrə ixtisaslaşmış ekspert qrupunun yaradılmasına ehtiyac var;
  • Büdcə zərfinin tərkibinə millət vəkillərinin büdcə layihəsini daha peşəkar təhlil edə bilmələri üçün bir sıra zəruri sənədlərin (məsələn, büdcədənkənar gəlir və xərclərin təşkilatlar üzrə strukturu və həcmi; İnvestisiya layihələrinin tam siyahısı. Bu siyahıda hər bir layihə üzrə məbləğlər və vəsaitlərin mənbəyi (dövlət büdcəsi, kreditlər, büdcədənkəna gəlirlər və s.) göstərilməlidir; icra mərhələsində olan hər bir dövlət proqramının icrasına sərf olunacaq vəsaitlərin həcmi və istifadə istiqamətləri və s.) əlavə edilməsinə ehtiyac var.

İlk söz alan millət vəkili Pənah Hüseyn tədqiqatda göstərilən məqamlarla razılaşmaqla yanaşı qeyd etdi ki, büdcə sistemi haqqında qanunda büdcə müzakirələrinin reqlamentləşdirilməsi məsələləri əksini tapmalıdır.

Digər millət vəkili Fazil Mustafa gələcək təqdiqatlarda xarici təcrübələrə istinad ediləndə Zimbabve, Çad və Kamerun kimi dövlətlərin təcrübəsinin nəzərə alınması yaxşı olardı. Çünki, millət vəkilinə görə, ABŞ, Almaniya, İsveç ilə müqayisə edəndə hökumət onlara çatmağın uzun zaman tələb etdiyi əsas gətirərək özlərin haqq qazandırır.

MSŞT Koalisiyasının koordinatoru Sabit Bağırov bu sənədin hökumət tərəfindən qəbulu üçün vətəndaş cəmiyyətinin digər koalisiyalarının imkanlarından istifadə etməyi və parlament deputatlarının iştirakı ilə müzakirələrin keçirilməsini təklif etdi.

İqtisadçı Zöhrab İsmayıl tədqiqatın davamı kimi Büdcə məcəlləsinin konsepsiyasının hazırlanması və onun vəkilliyinin apaılmasının zəruriliyini bildirdi.

Xatırladaq ki, tədbir Milli Büdcə Qrupunun 2009-cu il strategiyası çərçivəsində Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Parlamentlə işin gücləndirilməsi yolu ilə büdcənin parlament müzakirələrinin səmərəliliyinin artırılması” layihəsi çərşivəsində təşkil edilib.


Tarix: 21 Dekabr 2009  |  Baxış sayı: 943




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV