Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Britaniyada mühasib ən xeyirsiz, zibilyığan isə ən xeyirli peşədir
Britaniyanın New Economics Foundation analitik mərkəzinin tədqiqatçıları bir sıra nüfuzlu peşələrin cəmiyyət üçün iqtisadi baxımdan faydasızlığını əsaslandırmağa çalışıblar. Onların fikrincə, bankirlər, reklam agentləri və mühasiblər ən “ziyanlı” peşələrdir.

“İqtisadi forum” jurnalının məlumatına görə, mərkəzi iqtisadi baxımdan faydalı peşə kimi dayələri, tərbiyəçiləri və zibilyığanları göstərib.

Tədqiqatın obyekti Britaniyada əmək haqqının ölçüsünə və sosial statusuna görə bir-birindən kəskin fərqlənən 6 peşə olub. Bu peşələrin hər biri cəmiyyətə faydası baxımından qiymətləndirilib. Qiymətləndirmə nəticəsində nüfuzlu peşələr bütün maddələr üzrə aşağı nəticə əldə edib. İllik gəlirləri 500 mindən 80 milyon funt sterlinqə qədər olan bankirlərin qazandıqları hər funt ölkəyə 7 funtluq zərər vurur. Reklam agentliklərinin menecerlərində bu göstərici 1-in 11,5-dir. Ən pis göstərici mühasiblərdə qeydə alınıb. Onların qazandıqları hər funt müqabilində ölkə 47 funt itirir.

Tədqiqatçılar zərər dedikdə, sözün hərfi mənasında pul itkisini yox, cəmiyyətə vurulan zərər nəzərdə tutulur. Məsələn, tədqiqatçılara görə, bankirlər maliyyə böhranının yaranmasına cavabdehdirlər. Reklam işçiləri Britaniya cəmiyyətinə mənfi təsir göstərən həddindən çox istehlakın yaranmasında payları az deyil. Mühasiblər isə öz şirkətlərinin ölkə büdcəsinə xeyli vəsaiti ödəməkdən qaçmasına kömək etməkdə “günahlandırılır”.  

Bu peşələrdən fərqli olaraq azgəlirli peşə sahibləri ölkəyə daha çox xeyir verir. Dayələr və tərbiyəçilər uşaqların qayğısına qalmaq kimi vacib funksiyanı üzərinə götürürlər və bununla da onların valideynlərinin işləməsinə imkan verirlər. Ekspertlərin fikrincə, bu peşə sahiblərinə ödənilən hər bir funtun müqabilində onlar 9,43 funt izafi dəyər yaradır. Zibilyığanlar xəstəxanalarda təmizliyi təmin edirlər və sağlamlığı təmin edirlər. Onlar qazandıqları hər funtun əvəzində cəmiyyətə on qat xeyir verirlər. Cəmiyyətə ən çox fayda verən peşə isə tullantıların emal edənlərdir. Onların faydası 12 qat çoxdur.

Tarix: 24 Dekabr 2009  |  Baxış sayı: 817




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV